ADPU-nun rektoru və prorektoru Avstriya universitetinin Fəxri Əməkdaşı və Fəxri Professoru adına layiq görüldü

ADPU-nun rektoru və prorektoru Avstriya universitetinin Fəxri Əməkdaşı və Fəxri Professoru adına layiq görüldü

“Azərbaycan-Avstriya Turizm Proqramının” ənənəvi məzun görüşü keçirilmişdir.

Hurriyyet.org-un məlumatına görə, Avstriyanın Bakıdakı səfirliyinin iqamətgahında baş tutan görüşdə cənab səfir Axel Wech, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov və qurucu rektoru, professor Cəfər Cəfərov, İMC Krems Tətbiqi Elmlər Universitetinin rəhbərliyi, AATP proqramı üzrə dərs deyən müəllimlər və bu proqram üzrə məzun olmuş tələbələr iştirak etmişlər.

Qonaqları salamlayan cənab səfir Axel Wech sözü İMC Krems Tətbiqi Elmlər Universitetinin rektoru, xanım Eva Wernerə verdi. Eva Werner ilk öncə tədbirin səfirliyin iqamətgahında keçirilməsi üçün yaratdığı şəraitə və qonaqpərvərliyinə görə cənab səfirə təşəkkür etdi. Belə bir mərasiminin tərəfdaş universitetdə ilk dəfə qeyd edildiyini vurğulayan xanım Eva Werner bu təşəbbüsün universitetlərarası əməkdaşlığının inkişafının və dəyərinin göstəricisi olduğunu qeyd etdi.

Daha sonra qonaqları salamlayan ATMU-nun rektoru İlham Mədətov öz növbəsində mükafata layiq görülən müəllim və məzunları təbrik etdi.

Qeyd edək ki, tədbir rektor Eva Wernerin xidmətlərinə görə professor Cəfər Cəfərova, prorektor Nigar Abbaszadəyə, proqram üzrə 5 ildən çox pedaqoji fəaliyyəti olan müəllim və məzun olmuş tələbələrə rəsmi sertifikatları təqdim etməsi ilə davam etdi. İMC Krems Tətbiqi Elmlər Universitetinin Elmi Şurasının 21 noyabr 2017-ci il tarixli iclasının qərarına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov “Fellow Award”- Fəxri Əməkdaş adına, 29 noyabr 2017-ci il tarixli iclasının qərarı ilə isə ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə “Award of Honorary Professorship”- Fəxri Professor adına layiq görülmüşlər.

Rektor Eva Werner həvəsli təhsil lideri, əməkdaşlığın aparıcı şəxsi kimi professor Cəfər Cəfərovun AATP proqramının inkişafındakı rolunu qeyd edərək ona yaratdığı şəraitə görə təşəkkürünü bildirdi. Eyni zamanda, İMC-nin Fəxri Əməkdaşı adının nadir hallarda xarici vətəndaşlara verildiyini, Cəfər Cəfərovun tədris və tədqiqat işlərindəki, rəhbərlikdəki xidmətlərinə görə seçilərək bu ada layiq görüldüyünü vurğuladı. O, həmçinin layihənin ilk günündən verdiyi dəstəyə və layihədəki birgə xidmətlərinə görə prorektor Nigar Abbaszadəyə təşəkkür etdi.

Çıxışı zamanı İMC Krems Universitetinin təsisçisi və fəxri doktoru Heinz Boyer ilk öncə cənab nazir Əbülfəs Qarayevə, daha sonra professor Cəfər Cəfərova layihənin reallaşdırılmasına verdiyi dəstəyə görə öz dərin təşəkkürünü bildirdi. O, belə bir layihənin reallaşdırılmasının nə qədər çətin bir missiya olduğunu və bu çətin öhdəliyin həyata keçirilməsində Cəfər Cəfərovun xidmətlərini yüksək qiymətləndirdiklərini vurğulayaraq ona minnətdar olduğunu qeyd etdi.

Qeyd edək ki, 2007-ci ildən etibarən Krems Tətbiqi Elmlər Universiteti ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında “İkili diplom” layihəsi mövcuddur. Belə ki, 162 bakalavr, 13 magistrın (175 nəfər) məzun olduğu bu proqramın tələbələri həmin universitetin tədris planına uyğun Turizm və Rekreasiya Menecmenti üzrə bakalavr və magistr səviyyələrində tədris imkanı əldə edərək İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomunu alırlar.

Loading...

QALEREYA