ADPU-nun tələbələri qrant layihələri qazanıblar

ADPU-nun tələbələri qrant layihələri qazanıblar

Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) şəffaf və obyektiv təhsil mühitinin yaradılması və tədrisin keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, tələbələrin milli ruhda tərbiyə edilmələrinə, dünyagörüşlərinin genişlənməsinə, asudə vaxtlarının maraqlı və səmərəli təşkil edilməsinə, sosial fəallığının artırılmasına xüsusi önəm verilir. Bu diqqət və qayğıdan ruhlanan tələbələr müxtəlif tədbirlərdə, o cümlədən yerli və beynəlxalq layihələrdə fəal iştirak edirlər. Bu baxımdan, ADPU-nun tələbələrinin Azərbaycan Respublikasının Gənclər Fondunun keçirdiyi 11-ci qrant müsabiqəsində 5 qrant layihəsini qazanmasını xüsusi qeyd edə bilərik. Məlumat üçün bildirək ki, ADPU-nun Tələbə Gənclər Təşkilatının fəal üzvlərinin qrant müsabiqəsinə təqdim etdikləri “Sabaha baxış” layihəsinin rəhbəri Filologiya fakültəsinin tələbəsi Lamiyə Rzayeva, “Xəyallar əngəl tanımaz” layihəsinin rəhbəri Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədərki hazırlıq fakültəsinin tələbəsi LəmanVəliyeva, “Xərçəng “əslində” layihəsinin rəhbəri İbtidai təhsil fakültəsinin tələbəsi Nərmin Əhmədova, “Tələbə-gənclərin “Gələcəyin qurucuları” adlı Birinci Forumu” layihəsinin rəhbəri Sahib Qələndərov, “Şəhidimin hekayəsi” layihəsinin rəhbəri Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin tələbəsi Şıxməmməd Şıxməmmədovdur.

Qeyd edək ki, “Sabaha baxış” layihəsinin istiqaməti yeniyetmə və gənclər arasında bədii və elmi ədəbiyyata marağın artırılması, “Xəyallar əngəl tanımaz” layihəsinin istiqaməti yaradıcı gənclərin cəmiyyətdə tanıdılması məqsədilə onların sərgilərinin təşkili, “Xərçəng “əslində” layihəsinin istiqaməti gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsi, “Tələbə-gənclərin “Gələcəyin Qurucuları” adlı Birinci Forumu” layihəsinin istiqaməti ADPU-nun filiallarında təhsil alan tələbələrin sosial fəallığının artırılması, “Şəhidimin hekayəsi” layihəsinin istiqaməti isə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılmasıdır.

Biz də tələbə-gənclərimizi bu uğurları münasibətilə ürəkdən təbrik edir, onlara həyatda, təhsildə və ictimai fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq.

Hurriyyet.org