ADPU bu gün

ADPU bu gün

Dahi Azərbaycan şairi Seyd Əzim Şirvani vaxtilə belə demişdir: “Təhsil xəzinədir, elm isə onun açarıdır.” Doğrudan da, son illər elm və təhsil sahəsində aparılan köklü islahatlar təhsilimizin səviyyəsinin yüksəldilməsində və onun müasir dünya standartlarına uyğunlaşdırılmasında əhəmiyyətli rol oynayır. Təhsil sahəsində baş verən bu mühüm dəyişikliklər həm Azərbaycan Dövlət Pedaqoji Universitetində , həm də onun filiallarında mühüm mərhələnin başlanğıcı oldu. Xüsusilə də, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 iyun 2016-cı il tarixli Sərəncamı ilə professor Cəfər Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilməsindən sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir. Universitetdə sağlam mühitin yaradılmasını, elmi potensialı yüksək olan kadrların seçilməsini, tədrisin keyfiyyətinin yüksədilməsini, tələbələrin biliklərinin şəffaf və obyektiv şəkildə qiymətləndirilməsini, həmçinin xarici ali təhsil müəssisələri ilə universitetin əlaqələrinin daha da genişlənməsini və.s.-ni bu baxımdan xüsusi qeyd edə bilərik.

Bir məqamı da xüsusi vurğulamaq istəyirik ki, universitetdə çalışan biz məcburi köçkün müəllimlər də bir an olsun Cəfər müəllimin diqqətindən kənarda qalmırıq.Cəfər müəllim vaxtaşırı bizim problemlərimizlə,üzləşdiyimiz çətinliklərlə maraqlanır,səlahiyyətləri çərçivəsində onların aradan qaldırılmasında köməyini əsrgəmir. Universitetdə normal təhsil şəraitinin, psixoloji, pedaqoji mühitin yaradılmasında ,eyni zamanda biz məcburi köçkün müəllimlərə göstərilən yüksək diqqət və qayğıya görə universitetimizin rəhbərliyinə, xüsusilə də, rektor, professor Cəfər Cəfərova dərin hörmətlə minnətdarlığımızı bildiririk.

Ədalət Quliyev,

ADPU-nun baş müəllimi ,

Yaqub Səmədov,

ADPU-nun Ağcabədi Filialının dosenti

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz