ADPU tələbələrinin hazırladıqları möhtəşəm filmin təqdimatına günlər qaldı: “ŞƏHİDİMİN HEKAYƏSİ” - VİDEO

  • 2019-03-30 13:24:17
  • |
  • Ölkə /

ADPU tələbələrinin hazırladıqları möhtəşəm filmin təqdimatına günlər qaldı: “ŞƏHİDİMİN HEKAYƏSİ” - VİDEO

Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə və Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) fəaliyyət göstərən ictimai təşkilatların təşkilati dəstəyi ilə Şıxməmmədov Şıxməmmədin layihə rəhbəri olduğu “Şəhidimin hekayəsi” layihəsi çərçivəsində çəkilən “Şəhidimin Hekayəsi” filminin rəsmi traileri yayımlanıb. Yaxın günlərdə filmin təqdimatı baş tutacaq.

Layihənin icra forması:

Layihə çərçivəsində ADPU-un fədakar tələbə-gənclərindən ibarət komanda Bakı və Sumqayıt şəhərləri və şəhərətrafı qəsəbə və kəndlərdə, o cümlədən Ağdam və Cəbrayıl rayonlarında yaşayan Şəhid ailələri və yaxınlarıyla görüşərək onların xatirələrini dinləyib, Şəhidlərimizin həyat yollarını əks etdirən film hazırlanıb.

Yaxın günlərdə Nizami kino Mərkəzində Şəhid ailələri, qazilər, universitet və dövlət qurumlarının nümayəndələrinin, həmçinin tələbələrin iştirakı ilə hazırlanmış filmin təqdimatı keçiriləcək.

Detallar:

- 1 saat 45 dəqiqəlik filmin ərsəyə gəlməsi üçün 3 ay ərzində 20 müxtəlif Şəhid ailəsində, o cümlədən, Ağdam, Horadiz və Cocuqmərcanlıda çəkilişlər aparılmışdır.

Şəhidlər xalqın varlığı, gələcəyə atılan inamlı addımlarının sütunu, vətənin bünövrəsidir. Buna görə də, hər bir müqəddəs Vətən Şəhidinin həyat və mübarizə yolları biz gənclərə örnək, onları yetişdirən Ailələr, valideynlər ibrət ocaqlarıdır.

Onlar Vətən üçün, Azərbaycan üçün gözlərini qırpmadan ölümün gözünə dik baxdılar. Bizim bugünki vəzifəmiz də onları yaşatmaq, onlardan öyrənməkdir. “Şəhidimin hekayəsi” layihəsi də bu müqəddəs amaldan, qayədən boy verib.

Layihənin məqsədi:

Müstəqil Azərbaycanın var olması və bu günə çatması uğruna Canlarını fəda edən qəhrəman Şəhidlərimizin nümunəvi həyat hekayələrinə ailələri, onları tanıyanların xatirələrində səyahət etmək, bu müqəddəs həyatları bir daha əbədiləşdirməkdir.

Taleh Mirzəyev, ADPU

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA