ADPU və Rusiya Dövlət Professional-Pedaqoji Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

ADPU və Rusiya Dövlət Professional-Pedaqoji Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb

Sentyabrın 10-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Rusiya Dövlət Professional-Pedaqoji Universitetinin (RDPPU) rektoru, pedaqoji elmlər doktoru, professor Yevgeni Doroşkin ilə görüş keçirilib. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak ediblər.

Görüşdə rektor Cəfər Cəfərov ADPU haqqında ətraflı məlumat verib. Rektor bildirib ki, yaranma tarixi baxımından ADPU ölkəmizin ikinci qədim universiteti, struktur, professor-müəllim və tələbə heyəti tərəfindən baxımından isə üçüncü ən böyük universitetidir. ADPU-nun 8 fakültəsi, 32 kafedrası var. Universitetdə 18 minə yaxın tələbə təhsil alır. 3 il bundan öncə Azərbaycan Müəllimlər İnstitutu filialları ilə birlikdə ADPU-ya qoşulub. ADPU-nun bölgələrdə 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. ADPU-nun fəaliyyətinin əsas istiqamətlərindən biri beynəlxalq əlaqələrin genişləndirilməsidir. Biz Rusiya, Türkiyə, Avropa universitetləri və digər regionların universitetləri ilə əlaqələri genişləndirməyə çalışırıq.

RDPPU-nun rektoru, professor Yevgeni Doroşkin də öz növbəsində bu ali təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu, strukturu, tədris və elmi-tədqiqat fəaliyyəti, elmi nəşrləri haqqında haqqında ətraflı məlumat verib. Qeyd edib ki, universitetin tərkibində 5 institut, 1 kollec, doktorantura və aspirantura şöbələri, 4 filial var. Universitetdə müxtəlif sahələr üzrə hazırlanan mütəxəssislərin peşə hazırlığı ilə yanaşı, psixoloji hazırlığına da xüsusi diqqət yetirilir.

Sonra ADPU və RDPPU arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Memorandumda ADPU və RDPPU arasında humanitar elmlər sahəsində əlaqələrin inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin həyata keçiriməsi, hər iki tərəf üçün maraq kəsb edən birgə elmi konfransların, simpozium və seminarların təşkili və keçirilməsi, akademik mobilliyin inkişafı, o cümlədən professor-müəllim, aspirant və tələbə mübadiləsi, yay və qış dil məktəblərinin təşkili, informasiya, elmi nəşrlərin və tədris-metodiki ədəbiyyatın mübadiləsi öz əksini tapıb.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA