Aeroflotun təyyarəsi Moskvaya geri dönməyə məcbur olub

  • 2019-03-14 22:04:50
  • |
  • Dünya /

Aeroflotun təyyarəsi Moskvaya geri dönməyə məcbur olub

Moskvadan Salonikə uçan təyyarə təcili Şeremetyevo aeroportuna qayıtmağa məcbur olub.

Buna səbəb ön pəncərənin çatlaması olub. 48 sərnişinin yerləşdiyi Sukhoi Superjet 100 təyyarəsinin pilotları yüksəkliyə qalxarkən çatı müəyyən edib və geriyə dönüb. İstintaq komitəsi məsələ ilə bağlı araşdırma aparır.

Qeyd edək ki, Sukhoi Superjet 100 "Suhoi" şirkəti tərəfindən istehsal edilib və SSRİ-nin dağılmasından sonra Rusiyada yaradılan yeganə müasir mülki təyyarədir.\\Azertac

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA