Afət Fərmanqızı Suriyadan övladlığa uşaq götürmək istəyir: “Özümüzdə pis yaşayan yoxdu”

Afət Fərmanqızı Suriyadan övladlığa uşaq götürmək istəyir: “Özümüzdə pis yaşayan yoxdu”

Nəsiminin məşhur "Sığmazam” qəzəlinə oxuduğu mahnı ilə gündəmdən düşməyən müğənni Afət Fərmanqızı övladlığa uşaq götürəcəyini açıqlayıb.

Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, bir oğlu olan müğənni gələcəkdə qız uşağı övladlığa götürmək istədiyini deyib: "Efirlərdə kimsəsiz, atılmış övladla bağlı mövzu olanda, istəyirəm ki, həmin uşağı götürüm özüm saxlayım. Hər müğənni bir uşaq götürüb saxlasa, gör nə qədər kömək olar. Əgər o uşağa təhsil, tərbiyə verəcəksənsə, bütün tələblərini yerinə yetirəcəksənsə, niyə də yox. Mən o gücü özümdə hiss edirəm. İstərdim ki, qız uşağını övladlığa götürüm”.

Afət deyib ki, övladlığa götürəcəyi uşağı Azərbaycandan yox, Suriyadan tapacaq: "Suriyada kimsəsiz olan uşaqlaran birini götürmək istərdim. Öz millətimizdə pis yaşayan yoxdu. Ən kasıbında mənim telefonumdan var. Azərbaycanda olan maşınlar, dəbdəbəli evlər heç yerdə yoxdur. Sonra da bəziləri buna ağız büzür. Bizi toylara kim aparır? Xalqımız. Bu pulları da xalq bizə verir. Varlarıdır ki, verir. Sadəcə, narazılıq edənlər istəyirlər ki, 1 yox, 5 maşını olsun. O qədər gözəl qanunlarımız var. Get sən də işlə, qazan və al”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA