AFFA milliyə pul mükafatı verdi – Uduzulan oyuna görə

  • 2019-03-27 14:44:41
  • |
  • İdman /

AFFA milliyə pul mükafatı verdi – Uduzulan oyuna görə

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası milli komandanın son iki oyununa görə futbolçuları mükafatlandırıb.

Qol.az-a daxil olan xəbərdə bildirilir ki, AFFA “Avro-2020”nin seçmə mərhələsinin Xorvatiya ilə rəsmi matçına və Litva ilə yoxlama görüşünə görə hər oyunçuya 5000 manat pul mükafatı verib (2 min Xorvatiya, 3 min isə Litva ilə oyun üçün).

Xatırladaq ki, milli komandamız Xorvatiyaya 1:2 hesabı ilə uduzub, Litva ilə matçda isə heç-heçə edib.

Qeyd edək ki, adətən, dünya təcrübəsində rəsmi oyunlardakı məğlubiyyət və zəif rəqiblərlə yoxlama matçlarındakı heç-heçəyə görə pul mükafatı verilmir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA