Ağadadaş Kərimovun iki qızı da erməniyə ərə gedib, arvadı da ermənidir" - deputatla MÜSAHİBƏ

  • 2019-02-25 19:33:37
  • |

Ağadadaş Kərimovun iki qızı da erməniyə ərə gedib, arvadı da ermənidir" - deputatla MÜSAHİBƏ

Hurriyyet.org xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə "Sonxeber.az"- ın suallarını cavablandırıb.

-Cavanşir bəy bilirik ki, siz mütəmadı olaraq seçicilərinizlə görüşürsünüz. Seçiciləriniz daha çox hansı problemlərlə bağlı sizə müraciət edir?

- Bilirsiniz ki, cənub bölgəsi daha çox kənd təsərrüfatı ilə məşğul olur. Bundan 10-15 il bundan öncə vətəndaş işıq, qaz, yolla, bağçaların və şəraitin olmaması ilə bağlı bizə müraciət edirdisə bu gün o problemlər yoxdur. Çünki cənab prezidentin tapşırığı ilə cənub bölgəsində məktəblər tikilir, yollar təmir edilib, iş yerləri yaradılıb. İşıq, qaz kimi problemlər aradan qaldırılıb.Ona görə də bu gün mənə daha çox müraciət kənd təsəsrrüfatı ilə bağlıdır. Təbii ki, cənab prezidentimizin kənd təsəsrrüfatına göstərdiyi qayğı, verdiyi tapşırıqlar, neftdən asılılığın minumuma endirilməsi bu sahədə də böyük irələyişlərə səbəb olub. Bu gün cəmiyyəti daha çox maraqlandıran pay torpaqların əkilməsi ilə bağlıdır. Gübrə zavodunun tikilməsi təbii kənd təsərrüfatına böyük dəstəkdir. Kənd təsəsrrüfatında yetişdirilən məhsulların alıcı qüvvəsi cənub bölgəsində ən mühüm məsələlərdən biridir. Bilirsiniz ki, hələ sovet dövründən Lənkəran, Masallı, Astara bölgəsi çayçılıqla məşğul olub. Lənkəranda 19 min tondan çox çay istehsal edilib. 19 min ton çay istehsalı təbii ki, çoxlu iş yerləri, insanların əldə etdiyi qazanc deməkdir. Ölkəmizə naşı insanlar rəhbərlik etdiyi dövürdə bu bitki sıradan çıxarıldı, torpaqlar da pay olduğu üçü çay əkiminə manəçilik törədirdi. Cənab prezidentimizin və Milli Məclisin qərarı ilə bu torpaqlar birləşdirilərək fermer təsəsrrüfatı kimi çay bitkilərin əkilməsi və becərilməsi istifadə olunmağa başladı. Çay bitkisi çox önəmlidir. Çünki gələcəkdə cənub bölgəsində yaşayan insanlar üçün iş yeri, qazanc, şərait deməkdir. Onun üçün də böyük mənbələr var. Bu gün meşə təsərrüfatında boş qalan münbit torpaqlar var.O torpaqlar çay əkimi üçün çox əlverişlidir. Əgər biz o torpaqlardan 15 faiz istifadə etsək itirmərik. Ona görə də bu formada işlər görülsün. Allah cənab prezidentə cansağlığı versin. Çünki o bu sahədə çox böyük işlər görür.

- Cavanşir bəy son dövrlər ölkəmizi uğurlarını qəbul etməyən bir qrup şəxs yenidən aktivləşib. Onlar sosial şəbəkələrdə Azərbaycanın nüfuzlu şəxslərinə böhtanlar atır, təhqir edirlər. Bu məsələ ilə bağlı hansı addımlar atılmalıdır?

- Qısqanclıq bütün dövrlərdə olub. Bu qısqanclıq gələcəkdə də olacaq. Əgər bu gün Azərbaycanın inkişafını ətrafdakı ölkələr görürsə və bu uğuru təsəvvür etmirdilərsə təbii ki, bunu qəbul etmək bir o qədər də asan olmayacaq. Bu gün Azərbaycan prezidentinin bölgədə söz sahibi olması bəzi dövlətlər üçün sərf etmir. Azərbaycan iqtisadiyyatının, hərbi sənayesinin inkişafı, bu sahədə müttəfiqlərinin artması bəzilərini narahat edir. Ona görə də ölkəmizə əks olan inistitutlar yaratmağa çalışırlar. Bu inistitutun inkişafı üçün də ayrı-ayrı şəxslərdən istifadə olunur. Onlar Azərbaycana qarşı apardığı mənfi siyasəti həyata keçirmək üçün sosial şəbəkələrdən və bəzi mətbuat orqanlarından istifadə edirlər. Gərək insanların ilk öncə özünə hörməti, qeyrəti və arı ola. Mən onlara cavab vermək üçün elə bir təhqiredici söz tapmıram ki, cənab prezidentə, ailəsinə və Azərbaycanın nüfuzlu şəxslərə qarşı işlətdiyi sözlərə cavab olsun. Mənə görə onlar çox xırda və gözə görünməyən varlıqlardır. Bütün bunlar nə azərbaycançılığa, nə də millətimiz yaraşmır. Kişisən sözünü üzə de. Bizdə də müxalifətçilər var. Çıxırlar bəyanatlarını verirlər. Ola bilsin ki, dövlətin apardığı siyasəti dəstəkləmirlər. Mitinqlərdə sözlərini deyirlər. Həqiqəti görən xalq onlara cavab verir. Amma gedib qıraqda söyüş söymək kişiliyə yaraşmır.

-Cənab prezidentimiz son illər əsaslı struktur islahatları aparır. Bir çox gənclərimiz yüksək vəzifələrə gətirilir. Gənclərə göstərilən bu etimad ölkəmizə nələri qazandıracaq?

-Təbii ki, bu Azərbaycanın gələcəyi gənclərdən asılıdır. Bu gənclərin hissə-hissə dövlətçiliyimizdə, siyasətdə və digər sahələrdə iştirakı yoxdursa deməli Azərbaycanın gələcəyi şüphə altındadır. Ona görə cənab prezidentimiz bu məsələdə düzgün yol seçib. Təbii ki, dövlətçilikdə gənclərin rolu danılmazdır. Əvvəllər universitetlərdə, məktəblərdə oxuyan gənclərin işlə bağlı şübhələri vardı. Düşünürdülər ki, oxumağın iş tapmaqla əlaqəsi yoxdur. Lakin bu gün cənab prezidentin atdığı bu addımlar onların təhsil alması, elmdə olması və gələcəyə daha ümidli baxmasına səbəb olur.-Gənclərin önə çəkilməsində Yeni Azərbaycan Partiyasınında xüsusi rolu var.

-Yeni Azərbaycan Partiyasına üzv olanların əksəriyyəti gənclərdir. Partiyamızın özü də gənclərə çox böyük şəraitlər yaradır. Yeni Azərbaycan Partiyasına üzv olan 700 min insanın əksəriyyəti gənclərdirsə deməli gələcəyimiz onlardan asılıdır.

-Cavanşir bəy jurnalistlər daha çox sizə hansı məsələlərdə müraciət edəndə əsəbləşirsiniz?

- Mən heç vaxt jurnalistlərə əsəbləşib, onları acılamıram. Suallı mənə deputat kimi, təmsil elədiyim bölgə üzrə verirsə bu başqa məsələ. Mən din sahədə hər bir şeyə cavab verə bilmərəm. Əgər cavab verə bilmirəmsə və ya cavab verməyim düzgün olmasa bu normaldır. Çünki din sahəsində yalnış fikir səsləndirsəm bunun düzəlişi yoxdur. Bu sahənin özünün qurumları və cavablandıran şəxsləri var.

- Cavanşir bəy siz həm də Qafqaz Müsəlmanlar İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin qardaşısınız. Hər hansı bir addım atan zaman qardaşınızla məsləhətləşirsinizmi?

-Təbii ki, o, mənim böyük qardaşımdır. Biz 2 qardaşıq. 9 bacımız var. Qardaşımla 4 yaş fərqimiz var. Hələ uşaqlıqdan bu günə kimi ona səsimin tonunu qaldırmamışam. Bu gün harasa getsəm məndən asılı olmayaraq ona zəng edib deyirəm ki, filan yerə gedirəm. Nə məndən soruşan, nə də hesabat alan yoxdur. Mən özüm deyirəm. O da həmçinin. Qardaşım harda olursa olsun, yanında nə qədər insan olmasında asılı olmayaraq mənə zəng edir. Amma oğlanlarım elə deyil. Evdəki oğlumu 1 həftədir görmürəm. Qardaşımla elə gün olmayıb ki, biz bir-birimizlə danışmayaq. Biz uşaq olanda bilmirdik hansı peşənin sahibi olacağıq. Kənddə yaşayıb, böyümüşük. Atam müharibə əlili, anam isə zəhmətkeş evdar xanım olub. Qardaşım evində həyat yoldaşını, oğlanlarının da çağıranda ilk mənim adımı çəkir. Hər şeyin sonu olur. Hər kəsin həyatında bir çətinlik olur. Heç bir ailə söz-söhbətsiz deyil.

-Cavanşir bəy ölkədədini ekstremizn, vəhabilik təhlükəsi varmı?

Azərbaycada dinlər arası dialoq və tolerantlığın yaranması ulu öndərimizin zamanında başlayıb. Azərbaycanda elə şərait yoxdur ki, vəhabiliyin artmasına səbəb
olsun. Ulu öndərimizin apardığı siyasəti o zaman qonşu dövlətlər apara bilmədi. Apara bilmədiyinə görə də orada bu cür problemlər yarandır. Bizə də təsirsini müəyyən qədər göstərdi.Təbii ki, bununla bağlı multikultralzm inistutunun yaradılması və 2018-ci ilin İslam Həmrəylik ili elan edilməsi cənab prezidentimiz tərəfindən dünyaya böyük məsaj idi.Bununla bağlı görülən işlər göz önündədir. 5 il bundan öncə keçirilən konfranslar tamamilə fərqli idi. Berlində keçirilən sonuncu konfransda başqa yanaşma var idi. Müsəlman ölkələrindəki vəziyyət hər kəsə bəlidir. 2018-ci ildə cənab prezidentimiz belə bir təşəbüslə çıxış etməsi böyük bir addımdır. Bunu hər dövlət başçısı eləməz. Azərbaycan xırda ölkə olsa da böyük ürəyə malikdir. Cənab prezidentimiz belə təkliflə çıxış etməsi cəsarətli, nümunəvi addım idi. Təbii ki, Azərbaycan bunu davam etdirəcək. Çünki Azərbaycan bunun bünövrəsini qoyan bir ölkədir. Biz yaxşılığımızdan qalmayacağıq. Azərbaycanda olan ekstremiznlər ölkəmizə heç nə edə bilməz. Onlarla mübarizə edən səlahiyyətli orqanlarımız var.

-Suriya, İraq və başqa yaxın Şərq ölkələrində bəzi radikal qruplaşmaların tərkibində döyüşən bəzi azərbaycanlılar var. Bu kimi halların qarşısını necə almaq olar?

-Suriyada döyüşənlərin sayı bu gün xeyli azdır. Onlar dini başqa istiqamətə çəkməyə çalışırlar. Bu nə dindarlıq, müsəlmançılıqdır. Şəriətdə var ki, sənə qarşı savaş açanlarla vuruşmaq lazımdır. Onlar bizə qarşı vuruşmayıblar axı. Sən vətəninə qarşı vuruşanlarla vuruş. Bizim Qarabağ problemimiz var. Döyüşmək istəyirsənsə get orada şəhid ol. Qarabağda şəhid ol ki, xalq səni sevsin, cənab prezidentimiz sənin bu şəhidliyini qiymətləndirib ailənə dəyər versin. Şəhidlər xiyabanında sənin də şəklin olsun. Onlar təxribatçı, Azərbaycan vətəndaşlığına layiq olmayan şəxslərdir.

-Bu gün orta məktəblərdə dini dərslərin keçirilməsinə ehtiyac varmı?

-İlk öncə baxaq görək biz din nəyə deyirik. Bəzilərin yanında din deyəndə müəyyən qədər qorxu keçirirlər. İlk öncə dinə elm kimi baxmaq lazımdır. Ona görə də istəyərdim ki, uşaqların İslamı düzgün anlamaqları, xurafatçılıqdan uzaq durmaqları, başqa ölkədə vuruşmamaqları və namuslarını unudub öz qız övladlarını döyüşdükləri ölkədə zamin kimi saxlamamaqdan ötrü orta məktəblərdə müəyyən qədər dinlə bağlı məlumatlar verilsin. Təbii ki, nəyin yaxşı nəyin pis olmasını başa salmaq əsas şərtdir.

-Cavanşir bəy oruc tutub, "Qurani Kərim" oxuyursunuzmu?

- Bəli oruc da tuturam "Qurani Kərim" də oxuyuram.

-Milli Məclisdə dostluq etdiyiniz deputatlar varmı?

-Mənim Milli Məclisdəki bütün deputatlarla dostluq münasibətlərim var.

-Bir çoxları ticarət mərkəzlərində namaz qılmaq üçün xüsusi otaqların olmamasından şikayətlənir. Gələcəkdə ticarət mərkəzlərində namaz qılmaq üçün xüsusi yerlərin ayrılması mümükündürmü?

- Əlbəttə. Bunun üçün Dini İşlər Üzrə Dövlət Komitəsinə, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinə yazılı müraciət etmək lazımdır. Bu barədə jurnalistlərin üzərinə də müəyyən öhdəliklər düşür. Bizdə statistikada deyilir ki, 88 faiz müsəlmanıq. Görəsən müsəlmanlar kimdir. Bizim ölkədə din azadır. Bizim ölkədə məscidlər olan kimi kilsələrdə var.Müəlmançılığın ilk sütunu namazdır. Əgər mən namaz qılmaq üçün şərait yaratmıramsa onda mən necə müsəlman ola bilərəm.-Ermənilərin son təxribatı azərbaycanlılarla çeçenlər arasında nifaq salmaq istəyi oldu. Tərəfləri barışdırmaq üçün görüş oldu. Görüşdə qızını erməniyə ərə verən Azərbaycan Milli Mədəni Muxtariyyətin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimov qovulub.Bununla bağlı fikirlərinizi bilmək istərdik.

-Azərbaycanlılarla çeçenlər arasında min illərdir ki, dostluq münasibətləri var. İki müsəlman ölkədir. Təbii ki, iki dost millət arasında nifaq yaratmaq istəyənlər ölkəmizin qüdrətini, inkişafını istəməyən qüvvələrdir. Həmin qüvvələrdən biri düşmənimiz ermənidir.

Təəssüf ki, həm azərbaycanlılar həm də çeçenlər arasında naqislər var Bu naqislər nifaq salmağa çalışdılar.Təbii ki, o insanlar öz xeyirlərini güdürlər. Onlar üçün dövlət, torpaq, xalq əhəmiyyət daşımır. İddia görə, Ağadadaş Kərimovun iki qızı da erməniyə ərə gedib. Hətta onun arvadı da ermənidir. Cənab prezidentimiz bu məsələyə anında reaksiya verdi. Bu məsələnin zamanında həll edilməsində Rusiyadakı səfirimiz Polad müəllimin, Qafqaz Müsəlmanlar İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin də xüsusi rolu oldu.

-Cavanşir bəy 3 övladınız var. Bir oğlunuz biznesmen, digəri polis, qızınız isə müəllimədir. Övladlarınız ixtisas seçimi zaman sizin də istəklərinizi nəzərə alıblarmı?

-Onlar ixtisaslarını özləri istəyib seçiblər. Böyük oğlum Polis Akademiyasını bitirib. O, akademiyanın ilk məzunlarındadır. Qızım filologiyanı bitirib. Hazırda müəllimə işləyir. Kiçik oğlum hüquq fakültəsini bitirib. Uzun müddət məhkəmədə, Vergilər Nazirliyində və bölmədə rəis işləyib. Daha sonra İngiltərədə biznes üzrə oxudu. O, hazırda İstanbulda həm işləyir həm də yaşayır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA