Ağcaqanadlar hansı xəstəlikləri yayır?

  • 2019-06-08 22:32:12
  • |
  • Sosial /

Ağcaqanadlar hansı xəstəlikləri yayır?

"Ağcaqanadlar bir çox xəstəliklərin yayılmasına səbəb olur. Bu həşəratların sancması nəticəsində insan malyariya, hepatit C, B və sairə xəstəliklərə yoluxa bilər".

Bunu terapevt Günel Verdiyeva bildirib. Həkim deyib ki, ağcaqanad tək insanın yox, heyvanların da qanını sorur və nəticədə sözügedən heyvanlarda olan xəstəliklərin daşıyıcısına çevrilir.

Bu səbəbdən həkim qeyd edib ki, ağcaqanadlardan qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edilməlidir: "Bu həşəratlar daha çox nəmişlik olan yerdə artır. Göl, dəniz olan yerlərdə ağcaqanad da çox olur. Bəzi yerlərdə isə gölməçələr olmasa da, yaşayış evlərinin zirzəmisində su axması nəticəsində nəmişlik yaranır və bu da ağcaqanadların artmasına səbəb olur. Həmçinin əgər evdə həşəratlar çoxalırsa, bu zaman Gigiyena və Epidemiologiya Mərkəzindən yardım istəmək lazımdır ki, zirzəmilər dezinfeksiya olunsun". \\Lent.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA