Ağciyər xərçənginin 10 əlaməti – Başqa xəstəliklərlə səhv salınır

Ağciyər xərçənginin 10 əlaməti – Başqa xəstəliklərlə səhv salınır

Amerika Onkoloji xəstələr birliyinin məlumatlarına görə, ağciyər xərçəngi getdikcə cavanlaşır və digər ağciyər xəstəliklərinin simptomları ilə səhv salındığından xəstələr tərəfindən gec mərhələdə aşkarlanır.

Ağciyərdə şiş olmasına şübhə yaradan əlamətləri təqdim edirik.

1.Qanlı öskürək

Hər dəfə öskürək tutmaları zamanı bronxlardan qanlı, açıq çəhrayı və ya rəngini dəyişmiş bəlğəm gəlirsə, təcili həkimə getməlisiz.

2.Səbəbsiz arıqlama

Qısa müddət çəki itirilməsi xərçəngin əlamətlərindən biridir. Nə qədər qidalansanız da çəkidə artım olmur.

3.Sümüklərdə ağrılar

Bu zaman sanki sümüklərin içi ağrıyırmış kimi hisslər keçirirsiz. Sümüklər metastaza həssas orqanlardır. Bu ağrı artritdə də ola bilər, ağciyər problemində də. Ona görə ayaq, bel, çanaq ağrılarında təkcə sümük rentgeni yox, ağciyərləri də yoxladın.

4.Döş qəfəsində ağrı

Əgər nəfəs alıb verəndə ağrı hiss edirsizsə, bəzən bu ağrını ürək ağrısı ilə səhv salırsızsa, mütləq ağciyərləri yoxladın

5.Xroniki respirator problemlər

İnsan respirator xəstəliklərə yoluxanda, pnevmoniya olanda bir müddət sonra xəstəlik geri çəkilir, müalicəyə tabe olur.

Ağciyər xərçəngində insan bu xəstəliklərə tez-tez yoluxur, amma keçib getmir, aylarla onunla qalır. Həkimlər antibiotik yazır, pnevmoniyanı müalicə edir, amma əsas xəstəlik diqqətdən qaçır.

6.Sinədə xırıltı, xışıltı

Ağciyərlərdə hava axını dolaşanda daxildən xırıltı səsi gəlir. Bu fit kimi küy həkimi şübhələndirməlidir.

7.Səsin dəyişməsi, boğuqluq

Sağlam ağciyərləri olan insan aydın, təmiz səslə danışır. Amma xərçəngin elə birinci mərhələsində xəstənin səsi dəyişir, səs xırıltılı olur, boğuq tonda danışır. Həkim boğaz, qırtlaq, ağciyərləri tam yoxlamalıdır ki, səsdəki bu dəyişikliyin səbəbini dəqiq tapsın.

8.Xroniki yorğunluq

Artıq onkologiyaya tutulmuş insan əzgin, yorğun, halsız olur. Səhərlər heysiz oyanır, bir işin arxasıyca getmək istəmir, heç nəyə həvəsi olmur. Yüngül bir iş gördükdə tez yorulur, uzanmaq istəyir. İştahı qaçır. Əvvəlki rejiminin öhdəsindən gələ bilmir. Üstəlik təngnəfəslik yaranır.

9.Mövsüm allergiyaları bitmir

Əslində qəribə əlamətdir. Çünki bu allergiyalardan çox insan əziyyət çəkir. Allergiyalı insan yazda havada çiçək tozlarından zərər çəkir. İmmun sistem dərhal reaksiya verir. Sinuslar dolur, fit kimi küy gəlir. Nəfəs ala bilmir. Əgər bu kimi mövsümi allergiya əlamətləri zamanla itmirsə, azalmırsa, o zaman ağciyərlər üzrə həkimə müraciət etmək lazımdır. Bu zaman daqnozda ağciyər xərçəngini istisna etmək lazımdır.

10.Döş qəfəsinə yaxın limfaların şişməsi

Ümumiyyətlə, xəstənin limfa düyünləri tez-tez şişirsə, bərkiyirsə, ölçüsü böyüyürsə, ətraf orqanlar diqqətlə müayinə olunmalıdır

Qeyd: Günə 2 qutu və artıq siqaret çəkən istər qadın, istər kişilər ildə bir dəfə ağciyərlərini tam müayinə etdirməlidir. Onların ağciyər xərçənginə yoluxma riski 54% çoxdur. \\Medicina.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA