“Ağdaşın polis rəisi dedi ki, ora-bura çox şikayət etmə, oğlunu şərləyib həbs etdirərəm” - BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT

“Ağdaşın polis rəisi dedi ki, ora-bura çox şikayət etmə, oğlunu şərləyib həbs etdirərəm” - BİRİNCİ VİTSE-PREZİDENTƏ ŞİKAYƏT

Rayon sakini Könül İsmayılova: “Ağdaş rayon Polis Şöbəsi oğurluq hadisəsinin üstünü ört-basdır edir”

Ağdaş rayonu Yusuf Nəbiyev küçəsi ev 24-də yaşayan İsmayılova Könül Tofiq qızı tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Müəllif üzləşdiyi qanunsuzluğa görə, saytımız vasitəsilə Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edir:
“Hörmətli Mehriban xanım!
Mən həyat yoldaşımla 1992-ci il tarixdə ailə həyatı qurub ,20 il Rusiyada yaşayandan sonra, 2013-cü ildə vətənə döndük. Həmin ili həyat yoldaşım rəhmətə getdi. Min bir əziyyətlə qazanıb aldığımız qızıl-zinət əşyalarımı 24 iyul 2016-cı ildə evimdən oğurladılar. Bu barədə dərhal Ağdaş Rayon Polis Şöbəsinə şikayət etdim. Cinayət Axtarış bölməsinin əməkdaşları Mehman Paşayev, Samid Kərimov, Rövşən Mirsaboğlu və Pünhan evimə gəlib şikayət ərizəsi yazmamağı məsləhət bildilər və söz verdilər ki, 10 günə oğurluq edən şəxsi tapacağıq.
10 gün keçdikdən sonra heç bir tədbir görülmədiyini görüb Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət etdim. Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.3-cü maddəsi ilə cinayət işi başlanıldı. Bu cinayət işi gözdən pərdə asmaq üçün formal olaraq açılsa da, heç bir cinayət axtarış tədbirləri görülmür. Evimizə yaxınlıqda yerləşən mağazanın qarşısında olan müşahidə kameralarına baxmağı xahiş etsəm də, təmin edilmədi. Bundan sonra mənə məlum oldu ki, Ağdaş Rayon Polis Şöbəsi bu oğurluq hadisəsinin üstünü qəsdən ört-basdır edir.
Mən üzləşdiyim bu qanunsuzluğa görə 2016-cı ilin dekabr ayında Yevlax rayonunda Baş Prokuror Zakir Qaralovun və 2017-ci ilin aprel ayında Göyçay rayonunda Daxili İşlər naziri Ramil Usubovun qəbulunda oldum. Hər iki yüksək vəzifəli şəxs məni səmimi qəbul edib tədbirlər görülməsi üçün Ağdaş rayon hüquq mühafizə orqanların rəhbərlərinə tapşırıq verdilər. Ancaq Ağdaş rayon polİs rəisi və prokuroru bu tapşırıqları qulaq ardına vurub, heç bir tədbir görmədilər. Hətta Ağdaş RPŞ-nin rəisi məni çağırıb dedi ki, ora-bura çox şikayət etmə, oğlunu şərləyib həbs etdirərəm.
Həmişə qadınlara xüsusi diqqət və qayğı ilə yanaşan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan kömək istəyirəm. Hörmətli Mehriban xanım, evimdən oğurlanmış həmin qızıl-zinət əşyalarını rəhmətlik həyat yoldaşım min-bir əziyyətlə, zülmlə qazanıb almışdı. Bu qızıl-zinət əşyaları həyat yoldaşımIn yadİğarı, övladlarımın cehizidir. Sizdən çox-çox xahiş edirəm, mənə kömək edin. Evimdən edilmiş oğurluq cinayətinin üstünün açılması üçün obyektiv cinayət axtarış tədbirlərinin görülməsinə tapşırıq verməyinizi xahiş eirəm”.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...

QALEREYA