Ağır yol qəzası: 6 nəfər həlak olub

Ağır yol qəzası: 6 nəfər həlak olub

Ukraynanın Donetsk-Zaporojye magistralında baş verən yol qəzası nəticəsində 6 nəfər həlak olub. AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, "Daewoo Lanos” və "Chevrolet Lacetti” markalı avtomobillərin toqquşması nəticəsində hadisə yerində beş nəfər ölüb, üç nəfər ağır xəsarət alıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib.

Zərbənin gücündən "Chevrolet Lacetti” markalı avtomobil alışıb.

Xatırladaq ki, rəsmi statistikaya görə, 2018-ci ildə Ukraynada gündə orta hesabla 9-10 nəfər yol qəzasında həlak olub. Ötən il 3350 nəfər yol qəzalarının qurbanı olub.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA