Şagird direktor müavinini otağında bıçaqladı - Fotolar

Şagird direktor müavinini otağında bıçaqladı - Fotolar

Türkiyənin Kocaeli rayonunun Gəbzə qəsəbəsində Atatürk Anadolu Liseyinin direktor müavini Nəcməddin Quyucu iş otağında bıçaqlanıb.

“Qafqazinfo” DHA-aya istinadən xəbər verir ki, onu 11-ci sinif şagirdi F.C bıçaqlayıb.

Aldığı 6 bıçaq zərbəsi ilə ağır yaralanan müavin dərhal xəstxanaya yerləşdirilib. Lakin bütün cəhdlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Cinayəti törədən şagird isə qısa zamanda saxlanılıb.

Məlumata görə, F.C intizamsız hərəkətlərinə görə yanvarda cəzalandırılıb və 3 gün müddətinə dərslərə buraxılmayıb. Bu qərarı verən Nizam-İntizam Komitəsinin rəhbəri isə Nəcməddin Quyucu olub. Cinayətin də intiqam zəminində baş verdiyi ehtimal edilir.

Hadisədən sonra qəsəbədə bütün təhsil müəssisələrində dərslər 1 günlük dayandırılıb.


Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA