Ağstafa sakini qonşu qadını yanan evdən son anda çıxardı - VİDEO

Ağstafa sakini qonşu qadını yanan evdən son anda çıxardı - VİDEO

Ağstafa rayonunun Poylu kəndində yanğın olub.

Hurriyyet.org ARB TV-yə istinadən xəbər verir ki, hadisə üç ailənin yaşadığı 1 mərtəbəli binada baş verib.

Yanğın zamanı iki nəfər xəsarət alıb. Onlardan 59 yaşlı epilepsiya xəstəsi olan Natalya Əhmədəliyeva birinci dərəcəli yanıq xəsarətləri ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Sonradan vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanaların birinə göndərilib, lakin qadın yolda dünyasını dəyişib. Digər yaralı 50 yaşlı Azər Mirzəyevin vəziyyəti yüngün olduğundan xəstəxanada ambulator yardım göstərilib və evə buraxılıb.

“Alov hər yeri bürümüşdü, qapıdan baxdı çıxa bilmədi, qayıtdı geri. Qapını qırdım, qucağıma alıb çıxartdım oradan. Təcili yardım çağırdıq, xəstəni apardıq. Özüm də yüngülvari xəsarət aldım. Ruhi xəstə idi. Bir, iki dəfə də xəstəxanada müalicə alıb. Evdə tək yaşayırdı”, - qonşu Azər Mirzəyev deyib.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA