Ağsu İcra Hakimiyyətindən sakinlərin narazılığı ilə bağlı xəbərə Təkzib

Ağsu İcra Hakimiyyətindən sakinlərin narazılığı ilə bağlı xəbərə Təkzib

Bu gün Ağsunun yeni icra başçısı Vahid Tağıyevin ilk dəfə vətəndaşları qəbul etməsi və narazılıq yaranması barədə verdiyimiz məlumata Ağsu rayon İcra Hakimiyyətindən münasibət bildirilib.

İcra Hakimiyyətindən “Yeni Sabah”a daxil olan məlumatda bildirilib ki, bu gün “İcra başçısının ilk qəbul günündə narazılıq - Video” başlıqlı yazıda göstərilir ki, icra başçısının qəbuluna düşmək üçün icra hakimiyyətinin binası önünə 200 nəfərə yaxın şikayətçi toplaşsa da, onların çox az bir qismi qəbula düşə bilib.

Daxil olan məlumatda qeyd olunub ki, sakinlər tərəfindən qeyd edilənlər əsla həqiqətə uyğun olmamaqla yalan və böhtan xarakterli fikirlərdir: “4 oktyabr 2019-cu ildə 09:30-dan 17:00-dək rayon

icra hakimiyyətinin başçısı cənab Vahid Tağıyev tərəfindən aparılan qəbul zamanı rayonun 178 nəfər vətəndaşı dinlənilmiş və müraciətlərin həlli ilə əlaqədar müvafiq tapşırıqlar verilib. Dinlənilən vətəndaşlar qəbulun gedişindən və onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər”.

Həmçinin məlumatda bildirilib ki, qəbul edilən vətəndaşların 160 nəfərə yaxını zəlzələdən ziyan çəkən vətəndaşlar olub.