Şahzadə “santexniki” döydürüb, ayaqlarını öpməyə məcbur edib - Hamamda baş verənlər, Paris məhkəməsinin hökmü...

Şahzadə “santexniki” döydürüb, ayaqlarını öpməyə məcbur edib - Hamamda baş verənlər, Paris məhkəməsinin hökmü...

Paris məhkəməsi Səudiyyə şahzadəsi, vəliəhd şahzadə Məhəmməd ibn Salmanın bacısı, kral Salmanın qızı Hassa ibn Salman barəsində hökm çıxarıb. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, hökmə əsasən şahzadə mənzilində təmirçi ustanı döydürməkdə və onu “qaçırmaqda” təqsirli bilinib, barəsində cəzasını öz dəbdəbəli mənzilində çəkmək şərti ilə 10 aylıq şərti həbs cəzası verib.

Şahzadə Hassa cangüdəninə evinin içərisində fotolar çəkən təmirçini döydürtməkdə ittiham olunur. Təmirçi Əşrəf Eid məhkəmədə deyib ki, mühafizəçi onu bağlayıb və şahzadənin ayaqlarını öpməyə məcbur edib. Cümə axşamı Fransa məhkəməsi şahzadəni silah istifadəsi etməklə şiddətdə və adam qaçırmaqda günahkar hesab edib. Barəsində beynəlxalq həbs qərarı çıxarılmış və qiyabi mühakimə olunan şahzadəyə 10 min avro cərimə də verilib.

Şahzadə əvvəllər ona qarşı irəli sürülən ittihamları rədd edib. Onun cangüdəni Rani Saidi isə 8 ay şərti cəza və 5 min avro (4,460 funt) cərimə ilə cəzalandırılıb.

Məhkəmə prosesindən sonra şahzadə Hassanın fransız vəkili Emmanuel Moyne, təmirçinin iddialarının "fantastik" olduğunu söyləyib və qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

Hadisə isə belə olub. 2016-cı ilin sentyabr ayında Əşrəf Eid vanna otağında təmir aparmaq üçün Fransa paytaxtındakı Avenue Foch-dakı lüks mənzilin beşinci mərtəbəsinə çağırılıb. Misirli təmirçi deyib ki, vanna otağının iş üçün lazım olan şəkillərini çəkirdi.

Lakin şahzadə onun hamam güzgüsündəki əksinin fotoya çəkildiyini görəndə bərk qəzəblənib.İttihamda qeyd olunur ki, şahzadə cangüdəni çağırıb və ona təmirçini bağlamağı və döyməyi əmr edib.

Usta deyib ki, cangüdən onu döyüb, şahzadənin ayaqlarını öpməyə məcbur edib və bir neçə saat müddətində zorla mənzildə saxlanılıb. Onun iddiasına görə, şahzadə qışqıraraq cangüdəninə deyib ki, "o iti öldür, o, yaşamağa layiq deyil".

Cangüdən Saidi iyul ayında məhkəməyə deyib ki, şahzadənin kömək üçün çağırışını eşidib və gedib təmirçi Eidi tutaraq telefonunu alıb.Cangüdən deyib ki, təmirçi şəkilləri satmaq istəyib.Səudiyyə qanunlarına görə şahzadənin şəkillərini çəkmək qadağandır.

Müdafiə vəkilləri Eidin hadisədən sonrakı gündə 21 min avro məbləğində qəbzlə iqamətgaha qayıtmasının səbəbini soruşublar.

Səudiyyə dövlət mediasında şahzadə Hassa xeyriyyəçilik fəaliyyətinə və qadın hüquqlarının müdafiəsinə görə alqışlanır.Hadisədən qısa müddət sonra şahzadənin Fransanı tərk etdiyi bildirilir.O, iddialarla əlaqədar sorğu-sual edilib.

Fransız hakimin 2018-ci ilin mart ayındakı həbs qərarından sonra şahzadə Hassa Səudiyyə Ərəbistanında qalmağa məcbur olub. Amma şahzadənin vəkili onun Skype üzərindən ifadə verməyə hazır olduğunu bildirib.