Aİ-ABŞ XƏTTİNDƏ GƏRGİNLİK - TRAMPIN QƏRARININ ƏKS-SƏDASI

  • 2018-05-16 17:34:55
  • |
  • Dünya /

Aİ-ABŞ XƏTTİNDƏ GƏRGİNLİK - TRAMPIN QƏRARININ ƏKS-SƏDASI

Hurriyyet.org xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel İranın Yaxın Şərqdəki rolu və nüvə silahı ilə bağlı narahatlıqları aradan qaldırmağın ən yaxşı yolunun ABŞ-ın bu yaxınlarda imtina elədiyi, 2015-ci ildə imzalanmış nüvə proqramını davam etdirmək olduğunu bildirib.

Merkel bu gün alman parlamentinin aşağı palatası olan Bundestaqda çıxış edərək deyib:

“Sual belədir: “Bir müqavilədn imtina etsəniz, yoxsa ona sadiq qalsanız, daha yaxşı dialoq qura bilərsiniz?” Biz deyirik ki, müqaviləyə sadiq qalsaq, daha yaxşı dil tapa bilərik”.

İranla nüvə razılaşmasının ideal müqavilə olmadığını söyləyən Merkel İranın qarşısına qoyulan öhdəliklərə əməl elədiyini bildirib və “Bu razılaşmanı indi pozmaq düzgün deyil” sözlərini deyib.

Hurriyyet.org

Loading...

QALEREYA