Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsi MARTA KEÇİRİLƏCƏK

Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsi MARTA KEÇİRİLƏCƏK

Gələn ay keçiriləcək görüşdə hava nəqliyyatı sahəsində Avropa İttifaqı və Azərbaycanın əməkdaşlıq məsələsinin müzakirəsi gözlənilir.

Hurriyyet.org xəbər verir ki, bu barədə Avropa Komissiyasının Hərəkətlilik və Nəqliyyat üzrə (MOVE) Baş Direktorluğunun rəhbəri Henrik Hololey deyib.

H.Hololeyin sözlərinə görə, bu gün aviasiya sazişinin imzalanması üçün hazırlıq çərçivəsində hansı irəliləyişlərin olduğu bilinəcək:

"Bu mövzuda qeyri-rəsmi müzakirələr davam edir. Əldə olunmuş razılığa əsasən tərəflər danışıqların növbəti mərhələsi barədə qərar qəbul edəcəklər. Bu barədə spekulyasiya etmək istəmirəm, amma hesab edirəm ki, növbəti görüş gələn ay keçiriləcək. Ümid edək ki, bu istiqamətdə müsbət nəticələr əldə ediləcək".\\Teleqraf.com

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA