Aİ-dən İSRAİLƏ ETİRAZ: LƏĞV EDİN!

Aİ-dən İSRAİLƏ ETİRAZ: LƏĞV EDİN!

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin ofisindən verilən yazılı açıqlamada İsrailin yəhudi işğal birliklərinin İordaniya çayının zəbt edilmiş qərb sahilində 800-dən artıq əlavə yaşayış məntəqəsi inşa eləmək planının Fələstin dövlətini təhlükəyə salacağını yazılı bəyanatında qeyd edib.

Avropa İttifaqının yaşayış yerləri və bənzər fəaliyyətləri ilə bağlı mövqeyinin çox açıq olduğu və dəyişmədiyi vurğulanan açıqlamada deyilir: “Yaşayış məntəqələri ilə bağlı bütün fəaliyyətlə beynəlxalq hüquq çərçivəsindən qanundankənardır, ikidövlətli həll yolunu və davamlı sülh rosesini zəiflətməkdədir. Avropa İttifaqı israilli məmurların bu qərarları nəzərdən keçirməsini və ləğv eləməsini gözləyir”.

Hurriyyet.org

Loading...

QALEREYA