Aİ ilə Türkiyə arasında keçiriləcək zirvə toplantısının vaxtı açıqlandı

  • 2019-01-21 18:43:13
  • |
  • Dünya /

Aİ ilə Türkiyə arasında keçiriləcək zirvə toplantısının vaxtı açıqlandı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə cari ilin mart ayında Brüsseldə Avropa İttifaqı - Türkiyə zirvə toplantısının keçirilməsinə hazırlıq işlər görülür.

Hurriyyet.org xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının indiki sədri, Rumınıyanın xarici işlər naziri Teodor Meleşcanu bildirib.

“Türkiyə ilə müzakirələrin davam etməsini dəstəkləyirik. Prezident Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı rəhbərliyini Brüsseldə bir araya gətirəcək zirvə toplantısına hazırlıq işləri görürük”, - deyə o vurğulayıb.

T.Meleşcanu bildirib ki, 2015-ci ildə Türkiyə - Avropa İttifaqının Ortaqlıq Şurası toplantısına ilk təkliflərdən biri tərəflər arasında bu qurumun toplantısının yenidən fəaliyyətə başlaması ilə bağlı olacaq: “Məqsədimiz müxtəlif məsələlərlə bağlı işləri sürətləndirməkdir. Bunlar arasında Gömrük İttifaqı da var”.

Qeyd edək ki, Ortaqlıq Şurası 3,5 ilə yaxındır toplanmır. /report/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA