Aİ, Yunanıstan, Ermənistan... Hamısı Türkiyəyə QARŞI ÇIXDI!

Aİ, Yunanıstan, Ermənistan... Hamısı Türkiyəyə QARŞI ÇIXDI!

Hurriyyet.org xəbər verir ki, Cənibi Kiprin Aralıq dənizindəki neft-qaz kəşfiyyatı işlərini dəstəkləyən Avropa İttifaqının Ankaraya qarşı hazırladığı sanksiyaların layihəsi “Röyters” informasiya agentliyi tərəfindən dərc olunub.

Türkiyə Aralıq dənizinin şərqindəki qazma-axtarış işləri apardığı üçün Avropa İttifaqının Cənubi Kipr Yunan Respublikası ilə Yunanıstanın haqsız etirazlarını dəstəkləyərək tətbiq eləməyi planlaşdırdığı sanksiya qərarında Aİ-nin Ankara ilə yüksək səviyyəli danışıqları və hava nəqliyyatı müqaviləsini təxirə salmaq nəzərdə tutulur. Türkiyəyə edilən maddi dəstək də gələn il dondurulacaq. Layihə mətninin bazar ertəsi günü Aİ xarici işlər nazirlərinin iclasından sonra açıqlanacağı gözlənilir. Avropa İttifaqının Aralıq dənizinin şərqindəki fəaliyyətlərlə bağlı sadəcə bu təşkilatın üzvü olan Yunanıstan və Cənubi Kiprin mənfəətinə əsaslanaraq hərəkət eləməsi diqqəti cəlb edir. Aİ-nin Aralıq dənizinin şərqində ən uzun sahil sərhədinə malik olan Türkiyənin suveren hüquq və mənfəətlərinə məhəl qoymaması etirazla qarşılanır.

Ermənistan da meydana düşüb

Aİ, ABŞ, Rusiya, Fransa, Yunanıstan və Misirdən sonra bir açıqlama da Ermənistandan gəlib. Ermənistan XİN belə bir açıqlama verib: “Türkiyənin Kiprin şimal-şərqində qazma işləri aparmaq cəhdi bizdə dərin narahatlıq hissi doğrurur. Ankaranın Aralıq dənizinin şərqindəki çalışmaları bölgədə sabitlik və təhlükəsizlik üçün risk yaradır. Türkiyənin Kiprin xüsusi iqtisadi zonasındakı bütün işlərini dayandırmağa çağırırıq”.

Hurriyyet.org