AÇIQ-AŞKAR TƏHDİD ETDİLƏR: "DÜNYADAN VƏ XƏRİTƏDƏN SİLƏRİK"

AÇIQ-AŞKAR TƏHDİD ETDİLƏR: "DÜNYADAN VƏ XƏRİTƏDƏN SİLƏRİK"

İsrail: “İran İsrailə hücum eləsə, biz də Əsədi devirərik”

Hurriyyet.org xəbər verir ki, İsrail ordusu rəhbərləri İranın onların ölkəsinə hücum eləyəcəyi təqdirdə, Suriyadakı Əsəd hökumətini devirəcəklərini bildiriblər.

“Yerusəlim Post” qəzeti hələlik adları açıqlanmayan hərbi mənbələrdən sitat gətirərək yazıb: “İran Suriya torpaqlarından istifadə edərək İsrailə hücum edərsə, bunun bahasını Əsəd rejimi ödəyəcəkdir. Biz Əsəd hökumətini xəritədən və dünyadan silərik”.

Xəbərdə İrana İsrailə qarşı hücum eləməmək barəsində xəbərdarlıq edilir.

Suriyanın Humus şəhərindəki “T-4” hava bazası bazar ertəsi günü 2 hərbi təyyarə tərəfindən bombardman edilmiş, 2 nəfəri əsgər, 5 nəfəri milis olmaqla 7 nəfər iranlı həlak olmuşdu.

Rusiya və Suriya hücumun İsrail tərəfindən edildiyini bildirmiş, Tel-Əviv hökuməti isə bu ittihamları rədd eləmişdi.

İran tərəfindən “bu hücum cavabsız qalmayacaq” deyə açıqlama verilmişdi.

Hurriyyet.org

Loading...

QALEREYA