Akademikin evinə basqın edib, başına çəkiclə vurana HÖKM OXUNDU

Akademikin evinə basqın edib, başına çəkiclə vurana HÖKM OXUNDU

Bakıda mənzilə silahlı basqın etməkdə və adam öldürməyə cəhddə ittiham edilən AMEA Fizika İnstitutunun elmi işçisi Bəkir Rüstəmbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hurriyyet.org Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokruror çıxış edərək B.Rüstəmbəyovun 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakimlər kollegiyasının hökmünə əsasən, B.Rüstəmbəyov 16 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə Bakı şəhər sakini Bəkir Rüstəmbəyov tanışı Çingiz Qacarın paytaxtın Yasamal rayonu, Ə. Ələkbərov küçəsi, ev 14, mənzil 15 ünvanındakı evinə gələrək onun əmlakını ələ keçirmək istəyib. Məlumata görə, bu məqsədlə o özü ilə gətirdiyi çəkiclə Çingiz Qacarın və evdə xadimə işləyən Mətanət Hüseynovanın təpə nahiyəsinə zərbələr endirib və xadiməni boğaraq hər iki şəxsin sağlamlığına təhlükə yaradıb. Bu cinayəti törətməsinin səbəbi isə Ç.Qacarın onu işdən çıxarması olub. O, pulunun olmadığını, buna günahkar isə Ç.Qacarı bilib. Bəkir Rüstəmbəyova Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd etmə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Bildirək ki, Çingiz Qacar alim, fizika-riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA