Akif Nağı diaspor rəhbəri ilə görüşdü - FOTO

  • 2018-01-11 18:04:39
  • |

Akif Nağı diaspor rəhbəri ilə görüşdü - FOTO

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Rusiyanın Samara şəhərində fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin rəhbəri Elmar Rəsulovla görüşüb.

Təşkilatdan Hurriyyet.org-a verilən xəbərə görə, E.Rəsulov Samara və ətraf şəhərlərdə gördükləri işlərlə bağlı, Qarabağ həqiqətlərinin yerli əhaliyə çatdırılmasına dair məlumat verib, xüsusilə də orada yaşayan azərbaycanlıların dəstəyi ilə 20 Yanvar hadisələrinə həsr olunmuş “Hüzünlü ana” sənədli filmindən danışıb.

Görüşdə həmçinin əməkdaşlıq məsələləri müzakirə olunub, qonağa Qarabağ müharibəsinə dair kitablar təqdim olunub.

Loading...

QALEREYA