“Akın Öztürk bir dəfə mənim də eşidə biləcəyim səslə öz-özünə “İSRAİL BİZİ SATDI” dedi” - General-mayor Cavad Yazqılı

  • 2019-03-19 11:38:16
  • |
  • Region /

“Akın Öztürk bir dəfə mənim də eşidə biləcəyim səslə öz-özünə “İSRAİL BİZİ SATDI” dedi” - General-mayor Cavad Yazqılı

Hurriyyet.org xəbər verir ki, Fətullahçı Terror Təşkilatının (FƏTÖ) 15 iyul çevriliş cəhdindən sonra açılan və təşkilatı idarəçisi olan qondarma “yurdda sülh şurası” üzvlərinin də mühakimə edildiyi 224 nəfər müttəhimin də mühakimə edildiyi “Baş Qərargah Korpusu məhkəməsi” başa çatmaq üzrədir. “Star” qəzetinin əməkdaşı Ahmet Kekeç, FƏTÖ məhkəməsini “İsrail bizi sattı!” başlıqlı məqaləsi ilə işıqlandırıb.

FƏTÖ 2016-cı il iyulun 15-dəki çevriliş ilə əlaqədar, Baş Qərargahdakı hadisələrlə bağlı qondarma “yurdda sülh şurası” üzvlərinin də aralarında olduğu 224 müttəhimin iştirak elədiyi məhkəmə ötən həftə davam edib. Məhkəmə ilə bağlı Ahmet Kekeçin “İsrail bizi satdı!” başlıqlı yazısı belədir:

İctimaiyyət Yeni Zellandiyadakı terror hücumu ilə məşğuldur, lakin, belə bir şey də var... Barəsinə danışan, müzakirə edən olmadı, lakin FƏTÖ üzvləri bunu da elədilər, “İsrail bizi satdı” deyə bildilər.

Ötən günlərdə səssiz-səmirsiz “15 iyul məhkəməsi” keçirildi. İctimaiyyəti təşkil edən dairələr, başda biz jurnalistlər olmaqla, bu cür xəbərlərdən yorulduğumuz, başımız qarışdığı üçün dərinə varmadıq.

Akın Öztürk hakimin qarşısına çıxdı.

Prokurorluğun istintaqında söylədiklərini azca dəyişərək hakimin qarşısında təkrarladı. Bildiyiniz kimi, daimi yalanlarını söylədi.

Əvvəla, Akın Öztürk kimdir?

Bir Ali Hərbi Şuranın üzvü...

Hava Qüvvələri komandiri...

Çevrilişçilərin, çevrilişin “sarsılmazlığını” ətrafa bəyan eləmək üçün tapa bildikləri ən yüksək retbəli general.

Təklifi (“çevrilişin başçısı ol” təklifini) əvvəlcə Baş Qərargah rəisi Hulusi Akara etmişdilər. Başına silah dirəmişdilər. Bu baş tutmadıqda isə, “Camal Gürsel formuluna” əl atdılar.

Xatırlayırsınızsa, mayın 27-də çevriliş edən gənc zabitlər (əksəriyyəti yüzbaşı, minbaşı və polkovnik olan gənc zabitlər) “İyaerxik problem var, çevilişimizi ciddi qəbul eləməzlər” qorxusu ilə yenicə təqaüdə çıxmış general Camal Gürselin yanına gedib belə demişdilər: “Çevrilişin rəhbərliyinə keç, səni prezident seçdirək”...

15 iyul çevrilişi baş tutsaydı, qarşımıza rütbəcə yüksək olan general Akın Öztürkü çıxaracaqdılar.

Vədlərinə əməl edəcəkdilərmi? Akın Öztürkü prezident seçəcəkdilərmi?

Belə olacaqdı:

Ən çoxü müvəqqəti prezident olaraq, yuxarıda saxlayacaqdılar.

Sonra sürətli şəkildə “Konstitusiya dəyişikliyi” edərdilər, parlament üsul idarəsinə qayıdıb yenidən “baş nazir” vəzifəsi təsis edərdilər.

Prezident kürsüsünə kimin, baş nazir vəzifəsinə kimin gətirələcəyini mən deməyim. Lakin Akın Öztürk prezident olmayacaqdı.

Dediyim kimi, adi yalanlarını sıralayıb.

Çevrilişə başçılıq eləmək üçün o gecə Akıncı bazasına getdiyi barədə də danışmadı.

Lakin başqa bir “danışan” vardı.

Çevriliş cəhdi zamanı həbs edilib daha sonra, dəlillərin araşdırılması nəticəsində çevrilişçilərə qarşı mübarizə apardığı bəlli oln təqaüddə olan general-mayor Cavad Yazgılı məhkəmədə şahid qismində verdiyi ifadədə belə deyib: “Həbs olunduğumuz zaman başımızda polislər olduğu üçün Akın Öztürk ilə söhbət edə bilmədim. Akın Öztürk arada mənim də eşidə biləcəyim bir səslə öz-özünə “İsrail bizi satdı” dedi. Bu sözü eşitdiyim zaman çevriliş cəhdində xarici qüvvələrin barmağı olduğunu düşündüm...”

Xeyir, “xarici barmağ”ın nə olduğu ilə maraqlanmıram.

“Xarici barmaq” bəllidir:

Müttəfiqlərimiz və qərbli dostlarımız...

Bir də ki, əlbəttə, İsrail...

Mən Akın Öztürkün niyə “İsrail bizi satdı” deməsi ilə maraqlanıram.

Baxırıq və bioqrafik məlumatlarda bu informasiyaya rast gəlirik: “Bizə “müvəqqəti prezidentlik” ilə şərəf verəcək Akın Öztürk, sən demə 28 fevral çevrilişinin ən “cah-cəllallı” dövründə, yəni 1996-1998-ci illlərdə, İsraildə, Tel-Əvivdə “hərbi attaşe” kimi xidmət edibmiş.

Bu nə deməkdir, deyəcəksiniz?

Çox şey deməkdir.

28 fevral çevrilişinin arxasında, FƏTÖ-nün də olduğu, ölkələr arasında kuryerliyə başladıqları, eyni zamanda İsraildən gələn mesajları “düzgün ünvana” (!) çatdırmaq vəzifəsini icra elədikləri ortaya çıxar.

Məncə belə desək daha düzgündür:

İsrail sizi satmadı...

Siz bacarıqsız çıxdınız, həm özünüzü, həm də arxanızda duran qüvvələri ələ verdiniz.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA