AKP daxilində seçki qovğası - ƏRDOĞAN QAPINI GÖSTƏRDİ!

  • 2019-05-13 18:12:41
  • |
  • Region /

AKP daxilində seçki qovğası - ƏRDOĞAN QAPINI GÖSTƏRDİ!

Hurriyyet.org xəbər verir ki, Türkiyə Ali Seçki Şurasının İstanbuldakı bələdiyyə seçkilərini yenidən keçirmək qərarı AKP-də nifaqa səbəb olub. Türkiyə prezidenti və hakim Ədalət və İnkişaf partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan qərarı tənqid edən partiya üzvlərinə sərt cavab verib, tənqid edənlərə “qapı açıqdır” deyə icmarıc verib. Partiyanın iclasında çıxış edən Ərdoğan deyib: “Ən çox da partiya rəhbərliyindəki yoldaşlarımızın paylaşmalarını başa düşə bilmirəm. Madam ki, belə fikirləşirlər, istefa versinlər”.

Mətbuat nümayəndələri bu sözü AKP-nin İstanbuldan seçilmiş millət vəkili Mustafa Yeneroğluna icmarıc kimi qiymətləndiriblər. Yeneroğlu sosial mediadakı bir paylaşmasında Ali Seçki Şurasının qərarını tənqid eləmişdi.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA