Ali Məhkəmənin qərarını KİMLƏR VƏ NECƏ SAXTALAŞDIRIB? - II HİSSƏ

Ali Məhkəmənin qərarını KİMLƏR VƏ NECƏ SAXTALAŞDIRIB? - II HİSSƏ

Evi əlindən alınan vətəndaş etiraz edir: “Sahibi olduğum mənzilimdə yaşayış sahəsindən istifadə hüququmun itirilməsi qət edilmişdir”

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 539-cu məhəllə, ev 18/7, mənzil 75-də yaşayan Bayramov Yasin Ziyədəli oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına növbəti şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin sədri İman Nağıyevə və Bakı Apellyasiya Məhkəməsinin hakimi İlham Kərimliyə müraciət edən şikayətçi yazır:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/ali_mehkemenin_qerarini_kimlr_v_nec_saxtaladirib)

Ali Məhkəmənin Mülki Kollegiyasının 11.10.2018-ci il 2(102)-6005/2018 saylı qərarında qeyd edilir ki, iddiaçı hesab olunan E.Mehdiyeva başqa bir ev aldığının mənə məlum olub-olmadığına qiymət verilməlidir. Bu məsələni heç bir hüquqi sənəd təsdiq etmir. Məlumat üçün bildirirəm ki, Xətai Rayon Məhkəməsi, Xətai Rayon Prokurorluğu və Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsi yuxarıda qeyd edilən məsələ barədə heç bir nəticəyə gələ bilmədi? Belə olan halda hansı əsasa görə Ali Məhkəmənin Mülki Kollegiyası hesab edir ki, E.Mehdiyeva ev alıb. Yəqin ki, Məhkəmə-Hüquq Şurasında Ali Məhkəmənin hakimləri T.Qoldmanın, Ə.Mirzəliyevin və K.Quliyevin məsələsi müzakirə ediləndə bu məsələdə tərəfimizdən qaldırılacaqdı.

Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Yuxarıda qeyd edilən qanuna əsasən əlavə sübut ondan ibarətdir ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti 06.12.2018 tarixli 33/5010 saylı məktubu sübut edir ki, iddiaçı hesab olunan Bayramov Ziyədəli Yasin oğlunun 22.02.2006-cı il tarixindən ölkədən çıxışı olub. Onun 31.12.2006-cı ilə kimi ölkəyə girişi olmamışdır. Z.Y.Bayramov uzun müddət xarici ölkədə olmuşdur. Belə olan halda o, 27.02.2006-cı ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə ölkə ərazisində olmadığı halda, necə iddia ərizəsi verə bilərdi və yaxud 19.04.2006-cı ildə necə məhkəmə iclasında çıxış edə bilərdi? MK-nın iclasında sübut olundu ki, Z.Y.Bayramov, R.Y.Bayramova etibarnamə verməyib. MK-nın iclasına sədrlik edən hakim cənab İlham Kərimliyə R.Y.Bayramov 2007-ci il tarixli etibarnaməni təqdim etdi. Hakim cənab İlham Kərimli tərəfindən ona izah edildi ki, həmin etibarnamənin əsası yoxdur. R.Y.Bayramov bildirdi ki, bəlkə BT-də etibarnamənin surəti qalıb. Həmin etibarnamə mənə məxsus olmuş mənzilimin R.Y.Bayramovun adına sənədləşdirilməsinə Z.Y.Bayramovun etiraz etməməsi üçün verilmişdir. Həmin məsələdə Z.Y.Bayramov öz iştirakçılığını sübut etmişdir.

Yuxarıda qeyd edilən məsələ hal-hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunun yanında Korrupsiya ilə Mübarizə İdarəsinin əməkdaşı tərəfindən mənim ərizəmə əsasən təhqiq edilir.

Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiyas Məhkəməsinin qərarında verilmiş olsun.

“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

Göründüyü kimi, mənim mənzilimdən istifadə hüququmun itirilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, mən daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməliydim?

“Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 9-cu bəndinə görə belə hallarda məhkəmə şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur.

Həmin qərardan görünür ki, bu sübutlara şəxsin yaşayış yerindən qeydiyyatdan çıxmasını, iş yerindən çıxıb yeni yaşayış sahəsində işə düzəlməsini, yeni iş yerində mənzillə təmin edilməsini və s. bu kimi halları təsdiq edən sənədlər ola bilər. Hazırkı işdə belə sənədlər mövcud deyildir.

Bakı Apellyasiya Məhkəməsinin MK-nın 21.02.2018-ci il 2(103)-1049/2018 saylı qətnaməsində qeyd edilir ki, iddiaçı tərəf mənim daimi yaşamaq üçün RF-na getməyim barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Əgər iddiaçı yoxdursa hansı sübutun təqdim edilməsindən söhbət gedə bilər? Məhkəmədə saxta iddia ərizəsi hüquqi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bu məsələ ilə əlaqədar xətşünaslıq ekspertizası təyin olunması barədə tərəfimdən Bakı Apellyasiya Məhkəməsinin MK-na vəsatət təqdim edilib. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın yuxarıda qeyd edilən qətnaməsində qeyd edilmişdir ki, birinci instansiya məhkəməsində dindirilən şahidin ifadəsi, 26 saylı MKİS-nin arayışı, 24-cü PB-nin arayışı, 26 saylı Şəhər poliklinikasının arayışı mənim daimi yaşamaq üçün RF-na getməyim sübut kimi qəbul edilə bilməz. Ona görə ki, mən RF-na müvəqqəti germəyimi pasport və hərbi qeydiyyatdan çıxmamağım təsdiq edir. Eyni zamanda, RF-na ümumi vətəndaşlıq pasportu ilə getməmişdim. RF-na şəxsiyyət vəsiqəsi ilə getmişdim. Qeyd etdiklərimi məhkəməyə təqdim etdiyim sənədlər təsdiq edir.

Əvvəlcədən sövdələşmiş cinayətkar qrupun arzularını yerinə yetirən Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin sabiq hakimi A.A.Abdullayeva 19.04.2006-cı il 2-501/2006 saylı sübut olunmuş gizli qətnaməsinə əsasən sahibi olduğum Bakı şəhəri, Q.Qarayev küçəsi, 108 saylı evin 112 saylı mənzilimdə yaşayış sahəsindən istifadə hüququmun itirilməsini qət etmişdir.

Cinayətkar qrup məni sahibi olduğum mənzilimdən 26.05.2006-cı ildə qeydiyyatdan çıxarmışlar. Bu günə kimi Azərbaycan Respublikasının vətəndaşlarından, Azərbaycan Respublikasının Prezidentindən, Baş Nazirdən, Milli Məclisin sədrindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sabiq hakimi A.Abdullayevanın Azərbaycan Respublikasının adından gizli saxta qətnamə çıxarmasına münasibət eşitməmişəm.

Mən həmvətənlərimdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən, Respublikanın Baş naziri cənab Novruz Məmmədovdan və Milli Məclisin sədri cənab Oqtay Əsədovdan mətbuat vasitəsi ilə öyrənmək istəyirəm ki, dünyada mövcud olan 245 dövlətin hansında belə acınacaqlı vəziyyət ola bilər? Yəni, dünyada hakim A.A.Abdullayeva kimi ikinci bir hakim ola bilərmi ki, yaşadığı Azərbaycan Respublikası adından gizli sübut olunmuş saxta qətnamə çıxarsın. Mən mətbuatda 6 dəfə çıxış etmişəm. 7-ci dəfə mətbuata yenə də müraciət edirəm. Prezidentin, Nazirlər Kabinetinin və Milli Məclisin mətbuat xidməti şöbələri var. Məcburam mətbuatda olan çıxışlarımı cədvəl şəklində birləşdirəm, yuxarıda adları qeyd edilən mətbuat xidmətinin rəhbərlərinə təqdim edim.

Müstəqilliyimizi can bahasına əldə etdikdən sonra üçrəngli Dövlət bayrağımızı göylərə qaldırdıq. Bütün Azərbaycan vətəndaşlarına xatırladıram ki, xalqımızın qeyrətli oğlu Ramil Səfərov Dövlət bayrağımıza görə düşmən xalqın övladını haqlı olaraq qanına qaltan etdi. Bu məsələ bu gün də düşmənlərimiz tərəfindən unudulmayıb. RF-nın Tümen vilayətinin Yalutorovski şəhərində yaşayan əslən Ermənistanın Kümrü şəhərinin yaxınlığında anadan olmuş, milyarder Karen mənə bildirdi ki, bu gün də Ermənistanın xüsusi xidmət orqanları Ramil Səfərovla maraqlanır. Mən ona bildirdim ki, türkün torpağında pul qazanırsan, türkü dilə gətirirsən. Mən o savadsıza bildirdim ki, Yalutorov tatar sözüdür. “Yaluturov” Azərbaycan dilinə tərcümə edəndə “aşağı otur” deməkdir. Türkdilli tatar qardaşlarımız Azəri türklərinin arxa dağıdır.

Düşmənə (Karenə) bildirdim ki, qədim tatar torpağında dünya Azərbaycanlılarının fəxri Ramilimizin söhbətini etməyə sənin haqqın yoxdur. Onu səsini kəsməyə məcbur etdim. Və bildirdim ki, bayrağımıza toxunan öz cəzasını almağa özü qərar vermişdi.

Nə üçün hal-hazırda Azərbaycan ziyalıları qeyd edilən məsələ barədə öz fikirlərini bildirmirlər? Nə üçün Azərbaycan Respublikasının ağsaqqalları, şairləri, yazıçıları, hüquqşünasları, siyasətçiləri və millət vəkilləri hakim A.A.Abdulla­yevanın Azərbaycan Respublikasının adından gizli saxta qətnamə çıxarmasına münasibət bildirmirlər.

Yuxarıda qeyd edilən cinayətkar qrupun qanunsuz hərəkətlərinin Bakı Apellyasiya Məhkəməsinin MK-nın iclasında tamamilə sübuta yetirilməsi üçün mənə bir daha 12.02.2019-cu il tarixdə şərait yaradılmasına köməklik göstərmə­yinizi Sizdən xahiş edirəm”.

Hazırladı: İ.SABİRQIZI

Redaksiadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA