Ali Rada Prezidentin impiçmenti haqqında qanun qəbul etdi - Zelenski daha bir vədini yerinə yetirdi

  • 2019-09-10 15:13:37
  • |
  • Dünya /

Ali Rada Prezidentin impiçmenti haqqında qanun qəbul etdi - Zelenski daha bir vədini yerinə yetirdi

Ukrayna Ali Radasının bu gün keçirilən sessiyasında “Ukrayna Prezidentinin vəzifəsindən uzaqlaşdırılmasına dair xüsusi prosedur (impiçment) haqqında” 1012 saylı qanun layihəsini birinci oxunuşda qəbul edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, layihənin lehinə 245 deputat səs verib.

Qanun layihəsi Ukrayna Prezidentinin fəaliyyəti bəyənilmədiyi halda onun vəzifəsindən vaxtından əvvəl uzaqlaşdırılmasını nəzərdə tutur. Prezidentin impiçmenti Ali Rada deputatlarının səs çoxluğu ilə qəbul oluna bilər.

Dövlət başçısı ittiham olunduqdan sonra parlament Ukraynanın Konstitusiya və Ali məhkəmələrinə Prezidentin impiçmenti haqqında qərar çıxarılması üçün müraciət edəcək.

Prezident də öz növbəsində müdafiəçilərin xidmətlərindən istifadə edə bilər.

Sənəddə o da vurğulanır ki, iclasda dövlət sirri açıqlanmayacağı təqdirdə impiçment dinləmələri açıq olmalıdır.

Xatırladaq ki, Vladimir Zelenski prezident seçkiləri kampaniyası dövründə Ukrayna Prezidentinin impiçmenti haqqında qanunun qəbul olunacağını vəd etmişdi.

Onu da xatırladaq ki, bundan əvvəl Ali Rada V.Zelenskinin təşəbbüsü ilə deputat toxunulmazliğını ləğv edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA