Alim adına yaraşmayan hərəkət - AMEA-DA ŞOK OĞURLUQ FAKTLARI - llI HİSSƏ

Alim adına yaraşmayan hərəkət - AMEA-DA ŞOK OĞURLUQ FAKTLARI - llI HİSSƏ

Plagiat olduğu üzə çıxmış, heç bir elmi mahiyyət daşımadığı halda, xeyli dövlət vəsaiti xərclənmiş, ancaq Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu tərəfindən qızğın müdafiə olunan "İzahlı dilçilik terminləri lüğəti”nin müəlliflərindən birinin bu günlərdə AMEA rəhbərliyi tərəfindən təkrar mükafatlandırılması ciddi etirazlara səbəb olub. “Dilçilik Ensiklopediyası”nın tərtibçiləri redaksiyamıza plagiatlıq faktlarını nöqtəsinə, vergülünə qədər əks etdirən 37 səhifəlik əsaslandırılmış RƏY göndəriblər.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/alim_adina_yarasmayan_hereket_-_amea-da_ok_ourluq_faktlari_-_ll_hiss)

***

“Dilçilik ensiklopediyası”

Blek-boks təhlil – Girişdə və ya çıxışda müşahidə oluna bilən daxili strukturu və ordakı əlaqələri görə bilməyən sistemlərin təhlili. Kibernetikadan götürülmüş bu üsul qrammatik qaydalar sistemini dilin törəmə strukturları ilə eyniləşdirir. İnsan beynindəki prosesləri qara qutuya bənzədir (s. 100).

“İzahlı dilçilik terminləri lüğəti”

Blek-boks təhlil – Girişdə və ya çıxışda müşahidə oluna bilən daxili strukturu və ordakı əlaqələri görə bilməyən sistemlərin təhlili. Kibernetikadan götürülmüş bu üsul qrammatik qaydalar sistemini dilin törəmə strukturları ilə eyniləşdirir. İnsan beynindəki prosesləri qara qutuya bənzədir (s. 77).

***

“Dilçilik ensiklopediyası”

Bilateral – 1) Dildə işarənin ikitərəfli olması: işa­rələyən və işarələnən; 2) Dilin hər iki ya­nı­nın üst damağa doğru qalxması ilə yaranan səs. Adətən bu səs unilateral (təkyanlı) olur. Məs.: Azərb. d. /l/. Müq. et: /læl/, /lal/ və s. (s. 96).

“İzahlı dilçilik terminləri lüğəti”

Bilateral – 1) Dildə işarənin ikitərəfli olması: işa­rələyən və işarələnən; 2) Dilin hər iki ya­nı­nın üst damağa doğru qalxması ilə yaranan səs. Adətən bu səs unilateral (təkyanlı) olur. Məs.: Azərb. d. /l/. Müq. et: /læl/, /lal/ və s. (s. 76).

***

“Dilçilik ensiklopediyası”

Birema – İki hissədən ibarət ifadə, deyim. Cüttərkibli cümlə (s. 97).

“İzahlı dilçilik terminləri lüğəti”

Birema – İki hissədən ibarət ifadə, deyim. Cüttərkibli cümlə (s. 76).

***

“Dilçilik ensiklopediyası”

Danışıq həlqəsi – Danışıq aktının parçalan­ması, bu zaman məzmunca müxtəlif məna həlqələri, yəni cümlə, söz və morfem kimi mənalı vahidlər alınır. Digər tərəfdən, bu parçalanmada maddi varlığına, yəni fonetik təzahürünə görə də müxtəlif elementlər alınır: söyləm, sintaqm, heca, səs (s. 171, II cild).

“İzahlı dilçilik terminləri lüğəti”

Danışıq həlqəsi – Danışıq aktının parçalan­ması, bu zaman məzmunca müxtəlif məna həlqələri, yəni cümlə, söz və morfem kimi mənalı vahidlər alınır. Digər tərəfdən, bu parçalanmada maddi varlığına, yəni fonetik təzahürünə görə də müxtəlif elementlər alınır: söyləm, sintaqm, heca və s. (s. 94).

***

“Dilçilik ensiklopediyası”

Danışıq ünsiyyəti – Təbii dil vasitəsilə baş tutan ünsiyyət (s. 172, II cild).

“İzahlı dilçilik terminləri lüğəti”

Danışıq ünsiyyəti – Təbii dil vasitəsilə baş tutan ünsiyyət (s. 95)

***

“Dilçilik ensiklopediyası”

Danışıq zənciri – Danışığın xətti zənciri, səs­lən­mənin aramsız ardıcıllığı. O, eşidən tərə­fin­dən üzvlərə bölünən və semantik cəhətdən müəyyən semantik ardıcıllıqla düzülmüş vahidlər kimi dərk edilir (s. 172, II cild).

“İzahlı dilçilik terminləri lüğəti”

Danışıq zənciri – Danışığın xətti zənciri, səslənmənin aramsız ardıcıllığı. O, eşidən tərə­findən üzvlərə bölünən və semantik cəhətdən müəyyən semantik ardıcıllıqla düzülmüş vahidlər kimi dərk edilir (s. 95).

***

“Dilçilik ensiklopediyası”

Even dili – Tunqus-mancur dillərinə aid dillər­dən biridir. Əsasən Oxot dənizinin sahillərində, Maqadan vilayətində və Yakutiya ərazisində yayılmışdır. Təqribən 15 minə qədər daşıyıcısı vardır. Yazısı 1931-ci ilə qədər latın, 1936-cı ildən isə kiril əlifbasındadır (, s 421, II cild).

“İzahlı dilçilik terminləri lüğəti”

Even dili – Tunqus-mancur dillərinə aid dillər­dən biridir. Əsasən Oxot dənizinin sahillərində, Maqadan vilayətində və Yakutiya ərazisində yayılmışdır. Təqribən 15 minə qədər daşıyıcısı vardır. Yazısı 1931-ci ilə qədər latın, 1936-cı ildən isə kiril əlifbasındadır (, s 137).

***

“Dilçilik ensiklopediyası”

Ekolaliya – Nitq qüsurlarından əzab çəkən uşaqlara və şəxslərə məxsus əlaqəsiz (rabitəsiz) danışıq (s. 424, II cild).

“İzahlı dilçilik terminləri lüğəti”

Ekolaliya – Nitq qüsurlarından əzab çəkən uşaqlara və şəxslərə məxsus əlaqəsiz (rabitəsiz) danışıq (s. 424, II cild).

***

“Dilçilik ensiklopediyası”

Ekspirator heca nəzəriyyəsi – Tələffüzü zamanı güclü hava axınının təsiri nəticəsində heca düzəldən elementin fərqləndiyini göstərən nəzəriyyə. Bu nəzəriyyə hecanın bir nəfəs­vermə zamanı tələffüz edilən səs birləşməsini hesab edir. Amerika alimi Stetsona görə, heca nəfəsvermədə yaranır. O, bir nəfəsvermə ilə tələffüz edilən fonem və ya fonem qrupunu heca adlandırır. Məsələnin belə həlli ilə razı­laşmaq olmaz, çünki bir nəfəsvermədə bir neçə heca, söz, hətta sinaqm tələffüz etmək olar: /mən çox razıyam/ tərkibində bir neçə heca vardır. Hecanın saitlə başlaması və ya bitməsi məsələnin ikinci tərəfidir (s. 427, II cild)

“İzahlı dilçilik terminləri lüğəti”

Ekspirator heca nəzəriyyəsi – Tələffüzü zamanı güclü hava axınının təsiri nəticəsində heca düzəldən elementin fərqləndiyini göstərən nəzəriyyə. Bu nəzəriyyə hecanın bir nəfəs­vermə zamanı tələffüz edilən səs birləşməsini hesab edir. Amerika alimi Stetsona görə, heca nəfəsvermədə yaranır. O, bir nəfəsvermə ilə tə­ləf­füz edilən fonem və ya fonem qrupunu heca adlandırır. Məsələnin belə həlli ilə razılaşmaq olmaz, çünki bir nəfəsvermədə bir neçə heca, söz, hətta sinaqm tələffüz etmək olar: tərki­bin­də bir neçə heca vardır. Hecanın saitlə başla­ması və ya bitməsi məsələnin ikinci tərəfidir (s. 121).

***

“Dilçilik ensiklopediyası”

Enən diftonq – Tərkibindəki komponentlərdən birincisi vurğulu, gərgin, heca nüvəsi əmələ gətirən, ikincisi isə vurğusuz, zəif, heca nüvəsi əmələ gətirməyən diftonqdur (s. 57, II cild).

“İzahlı dilçilik terminləri lüğəti”

Enən diftonq – Tərkibindəki komponentlərdən birincisi vurğulu, gərgin, heca nüvəsi əmələ gətirən, ikincisi isə vurğusuz, zəif, heca nüvəsi əmələ gətirməyən diftonqdur (s.128).

***

“Dilçilik ensiklopediyası”

Evfonik – 1) Bir səsdən digərinə keçməni yüngülləşdirən; 2) Kakfoniyanın (ahəngsiz­liyin, səsin qulağa xoş gəlməməsinin) əksi (s. 422, II cild).

“İzahlı dilçilik terminləri lüğəti”

Evfonik – 1) Bir səsdən digərinə keçməni yüngülləşdirən; 2) Kakfoniyanın (ahəngsiz­liyin, səsin qulağa xoş gəlməməsinin) əksi (s. 138).

**

“Dilçilik ensiklopediyası”

Falset – Qığırdaqlararası cığır qapalı olduğu və səs telləri arasında cığır yarımçıq (və yarım­qapalı) olduğu zaman yaranan yüksək tonlu səs (s. 332, II cild).

“İzahlı dilçilik terminləri lüğəti”

Falset – Qığırdaqlararası cığır qapalı olduğu və səs telləri arasında cığır yarımçıq (və yarım­qapalı) olduğu zaman yaranan yüksək tonlu səs (s. 156).

***

“Dilçilik ensiklopediyası”

Fasilə (pauza) – müxtəlif səbəblərlə əlaqədar və müxtəlif məqsədlərlə danışıq aktının mü­vəqqəti kəsilməsi, danışığa ara verilməsi. Dildə funksiyası sintaqmları və məna qrup­larını ayır­maq, sonda gələrsə fikrin bitməsini bildir­məkdir. Fasilə üç cür olur: fakültativ, kiçik (/), böyük (//). Məs.: Azərb d. /Axşamdan başlayan dartışma/ səhərə yaxın, başa çatdı// (s. 76, II cild)

“İzahlı dilçilik terminləri lüğəti”

Fasilə (pauza) – müxtəlif səbəblərlə əlaqədar və müxtəlif məqsədlərlə danışıq aktının mü­vəq­qəti kəsilməsi, danışığa ara verilməsi. Dildə funksiyası sintaqmları və məna qrup­larını ayır­maq, sonda gələrsə fikrin bitməsini bildir­məkdir. Fasilə üç cür olur: fakültativ, kiçik (/), böyük (//). Məsələn: /Axşamdan baş­layan dartışma/ səhərə yaxın, başa çatdı// (s. 156)

***

“Dilçilik ensiklopediyası”

Fonika – Danışıq aktında səs quruluşunun təşkili: alternasiya, assonans, səs təqlidi və s. kimi danışıq prosesində müşahidə olunan hadisələr (s. 350, II cild).

“İzahlı dilçilik terminləri lüğəti”

Fonika – Danışıq aktında səs quruluşunun təşkili: alliterasiya, assonans, səs təqlidi və s. kimi danışıq prosesində müşahidə olunan hadisələr (s. 197).

**

“Dilçilik ensiklopediyası”

Fonometriya – Danışıq dilini eksperimental-fonetik yolla tədqiqini inkişaf etdirən elm sa­hə­si. Eksperimental yolla təhlil edilən, din­ləyi­ci­lər tərəfindən qəbul edilən göstəricilərin müqa­yisəsinə söykənən tədqiqatlar (s. 354, II cild).

“İzahlı dilçilik terminləri lüğəti”

Fonometriya – Danışıq dilini eksperimental-fonetik yolla tədqiqini inkişaf etdirən elm sa­həsi. Eksperimental yolla təhlil edilən, dinlə­yicilər tərəfindən qəbul edilən göstəricilərin müqayisəsinə söykənən tədqiqatlar (s. 199).

***

“Dilçilik ensiklopediyası”

Fonestem – Bəzi xüsusiyyətlərinə görə müəy­yən mənada morfemə uyğun gələn, yəni onun qismən hər hansı bir məzmun, yaxud məna təsəvvürləri arasında əlaqə yaradaraq təkrar­lanan səs birləşmələri. Lakin morfemdən fərqli olaraq belə səs birləşmələri söz formasının qalan hissələrinin morfoloji­ləşməsinə gətirib çıxarır (s. 346, II cild).

“İzahlı dilçilik terminləri lüğəti”

Fonestem – Bəzi xüsusiyyətlərinə görə müəy­yən mənada morfemə uyğun gələn, yəni onun qismən hər hansı bir məzmun, yaxud məna təsəvvürləri arasında əlaqə yaradaraq təkrar­lanan səs birləşmələri. Lakin morfemdən fərqli olaraq belə səs birləşmələri söz formasının qalan hissələrinin morfoloji­ləşməsinə gətirib çıxarır (s. 193-194).

(Ardı var)

Redaksiyadan: Xatırladırıq ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Terminologiya” şöbəsinin müdiri professor Sayalı Sadıqova və qızı dosent Şəbnəm Həsənli-Qəribova bir neçə nəfərin həmmüəllifliyi ilə M. Adilov, Z. Verdiyeva və F. Ağayevanın birlikdə tərtib etdikləri “İzahlı dilçilik terminləri lüğəti”nin və professor F. Veysəllinin müəllifliyi və redaktəsi ilə hazırlanmış “Dilçilik ensiklopedaiyası”nın üzünü köçürüb dövlət büdcəsindən xeyli pul mənimsəmişdirlər. Həm dünyasını dəyişmiş insanların ruhuna hörmətsizlik, həm oğurluq, həm də dövlət vəsaitinin ikiqat, üçqat mənimsənilməsi ictimaiyyət arasında ciddi etiraz və ümidsizlik doğursa da, AMEA tərəfindən indiyədək məsələyə obyektiv münasibət bildirilməyib, əksinə, dövlət vəsaitini mənimsəyənlər Dilçilik İnstitunun direktoru Möhsün Nağısoylu tərəfindən qızğın müdafiə olunur, hətta həvəsləndirilir də.

Redaksiyamıza daxil olan məlumata görə, institut əməkdaşlarına plagiat əsəri və onun müəlliflərini müdafiə etmək tapşırığı verilib. Bir neçə gün əvvəl plagiatçılardan birinin 2000AZN ilə təkrar mükafatlandırılması xeyli müəmmalı suallar doğurub.

Məlum olub ki, oğurluq kitabın baş redaktorları Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitunun direktoru, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri (?!) akademik İsa Həbibbəyli və Nəsimi adına Dilçilik İnstitunun direktoru akademik Möhsün Nağısoyludur.

Hörmətli akademiklər! Plagiatçıları stimullaşdırmaq və onların ətrafında müdafiə qalası qurmaqdansa, akademik məsuliyyəti dərk edib bu biabırçılığa aydınlıq gətirin və elm ictimaiyyətinə cavab verin! Obyektiv mövqeyiniz dövlətimizə xidmət ola bilər!

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA