Alim III Dünya müharibəsinin dəhşətli ssenarisini və qalibin KİMLİYİNİ AÇIQLADI: iki-üç həftədən...

  • 2019-02-20 16:44:02
  • |
  • Dünya /

Alim III Dünya müharibəsinin dəhşətli ssenarisini və qalibin KİMLİYİNİ AÇIQLADI: iki-üç həftədən...

Rusiya ABŞ və NATO ilə lokal müharibədə layiqli müqavimət göstərə biləcək. Müharibənin nəticələri bir çox şeydə aviasiyanın işindən asılıdır.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, belə nəticəyə hərbi elmlər doktoru Konstantin Sivkov gəlib.

Onun sözlərinə görə, kəmiyyət nisbətində ABŞ və NATO ölkələrinin hərbi aviasiyası üstünlüyə malikdir.

“Təcrübə göstərir ki, lokal münaqişələrdə amerikalılar tərəfindən hərbi aviasiyadan fəal istifadə olunur. Son illərdə Rusiya aviaparkında ciddi yenilənmə və böyük miqdarda müasir təyyarələr hazırlansa da, ekspertlərin fikrincə, keyfiyyət baxımından ABŞ və NATO təyyarələrindən geri qalırlar. İrimiqyaslı müharibədə ABŞ və NATO-ya mane olmaq çətin olacaq. Amma Rusiyanın hərbi doktrinasına əsasən, silahlı qüvvələrin dağıdılmasının real təhlükəsi halında, təcavüzkara qarşı nüvə silahı tətbiq edilə bilər. Və ABŞ belə müharibədən qaçmağa çalışacaq. Buna görə də üçüncü ölkələrin ərazisində silahlı konflikt daha çox ehtimal ediləndir”, - ekspert bildirib.

Konstantin Sivkov qeyd edib ki, bu vəziyyətdə, ABŞ və NATO ölkələri 2000-2500 hərbi təyyarə, 1200-1500 helikopter və 600-ə qədər pilotsuz təyyarədən istifadə edəcəklər. Həmçinin 1500-2000 qanadlı raket tətbiq edilə bilər. Ekspert hesab edir ki, belə hərbi kampaniyanın müddəti iki-üç həftədən iki aya qədər və daha çox qiymətləndirilir.

\

Ekspert vurğulayır ki, ABŞ və NATO aviasiyasına əsas əks təsiri zenit-raket qoşunları göstərəcəklər:

“Rusiya məhz onların üstünlüyünə söykənir. “S-400”, “S-300”, “Buk” və “Pantsir” hava hücumundan müdafiə sistemləri obyektlərin müdafiəsini təmin edəcəklər. Qırıcılar düşmən qoşunlarının ən əhəmiyyətli elementlərinə zərbələr vuracaq və manevr ehtiyatı kimi istifadə olunmağa başlayacaqlar. Həmçinin, rəqibin Hərbi-Dəniz Qüvvələri qruplaşmasını dağıtmaq lazım gələcək. Bunun üçün 70-dən 90-na qədər “Tu-22M3”, 10-15 təyyarə-kəşfiyyatçı və ağır qırıcı lazım olacaq”.

Konstantin Sivkov bildirir ki, Rusiyadakı ağır qırıcılar, strateji aviasiya və döyüş vertolyotlarının sayı belə münaqişədə müvəffəqiyyətli qarşıdurma üçün kifayət edir.

“Ancaq yüngül qırıcılar, uzaq və kəşfiyyat aviasiyası, pilotsuz uçuş aparatları və nəqliyyat helikopterləri üzrə disbalans yarana bilər”, - ekspert yekunlaşdırıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA