Alimlərdən yeni açıqlama: “Diabeti arıqlamaqla sağaltmaq mümkündür”

Alimlərdən yeni açıqlama: “Diabeti arıqlamaqla sağaltmaq mümkündür”

Britaniyalı alimlər şəkərli diabetdən əziyyət çəkənlər üzərində uğurlu sonuclanan maraqlı tədqiqat aparıblar.

Hurriyyet.org xəbər verir ki, alimlər 20 yaşdan 65 yaşadək olan ikinci tip şəkərli diabet xəstələrini iki qrupa ayırıblar. Birinci qrupu ciddi dieta, ikinciləri isə dərman preparatları ilə müalicə ediblər.

Qeyd edək ki, dietayla müalicə olunan qrup üzvlərinin qida rasionuna yalnız suplar və “sağlam” kokteyllər daxil edilib. Eksperiment nəticəsində könüllülərin 86 faizi təqribən 10-15 kiloya qədər çəki itirib.

Amma əsas odur ki, həmin insanların hamısının xəstəliyi remiss mərhələsinə keçib.

15 kq çəki itirənlər 90%, ondan aşağı çəki itirənlərsə 57 % xəstəliyin müalicəsinə nail olublar.

Amma dərman preparatları ilə müalicə olunanlarsa, xəstəliyi cəmi 4 faiz yenə biliblər.

Alimlər əmindirlər ki, diabetə ömürlük məhkum olma kimi təsəvvürlər yanlışdır. Belə xəstələrdə arıqlama zamanı qara çiyər və və mədəaltı vəzdə piylənmə azaldıqda orqanlar öz normal fəaliyyətinə qayıdır.

Altunay, Hurriyyet.org

  • Hamısı
  • Loading...