Allahı yad edən məclisin fəziləti

  • 2019-04-06 23:59:58
  • |
  • Din /

Allahı yad edən məclisin fəziləti

Allah Elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Allahın yollarda dolaşıb Allahı yad edən insanları axtaran mələkləri vardır. Onlar Allahı yad edən bir camaat gördükləri zaman bir-birlərini çağırıb: "Axtardığınızın yanına gəlin!"- deyir­lər.

Hurriyyet.org zikr.az-a istinadən bildirir ki, sonra onlar bu camaatı öz qanadları ilə dünya səmasına­dək əhatəyə alırlar. Elə həmin vaxt Rəbbi mələklərdən - hər şeyi onlardan daha yaxşı bildiyi halda - soruşur: "Qullarım nə deyir­lər?"
Mələklər: "Onlar Sənin şəninə təriflər deyir, Səni uca tutur, Səni həmd-səna ilə təqdis edir və Səni tərifləyirlər"- deyə cavab verirlər.
Allah soruşur: "Məgər onlar Məni görüblərmi?"
Mələk­lər deyirlər: "Xeyr, vallahi ki, onlar Səni görməyiblər!"
Allah soruşur: "Bəs Məni görsəydilər, necə olardı?"
Mələklər deyirlər: "Əgər onlar Səni görsəydilər, bundan da çox Sənə ibadət edər, Səni tərifləyər, Səni həmd-səna ilə təqdis edər və Sənin şənini uca tutardılar".
Allah soruşur: "Onlar Məndən nə istəyirlər?"
Mələk­lər deyirlər: "Onlar Səndən Cənnəti istəyirlər".
Allah soruşur: "Mə­gər onlar Cənnəti görüblərmi?"
Mələklər deyirlər: "Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cənnəti görməyiblər".
Allah soruşur: "Bəs onu görsəydilər, necə olardı?"
Mələklər deyirlər: "Əgər onu görsəydilər, daha əzmlə ona can atar, daha inadla onu diləyər və daha çox rəğbətlə onu arzulayardılar".
Allah soruşur: "Onlar Mənə nə­dən sığınırlar?"
Mələklər: "Cəhənnəm odun­dan"- deyir­lər.
Allah soruşur: "Məgər onlar Cəhənnəmi görüblərmi?"
Mələk­lər deyirlər: "Xeyr, ya Rəbb! Vallahi ki, onlar Cəhən­nəmi görmə­yiblər".
Allah soruşur: "Bəs onu görsəydilər necə olardı?"
Mələk­­lər deyirlər: "Əgər onu görsəydilər, ondan daha uzağa qaç­mağa çalışar və ondan daha çox çəkinərdilər!"
Allah buyurur: "Şahid olun ki, Mən onları bağışladım!" Bu vaxt mələklərdən biri deyir: "Bu camaatın arasın­da olan filankəs onlarla yoldaşlıq edənlərdən deyildir, sadəcə olaraq öz ehtiyacı üzündən ora gəlmişdir". Onda Allah buyurur: "Bunlar elə insanlardır ki, onlar­la oturub-duran adam bədbəxt olmaz". (əl-Buxari, 5929).

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA