Almaniya bu ölkələrə diri heyvan satışını dayandıra bilər – Video

Almaniya bu ölkələrə diri heyvan satışını dayandıra bilər – Video

Almaniyanın Şlezviq-Holşteyn (Schleswig-Holstein) Federal Əyaləti Türkiyə, Yəmən, Liviya, Mərakeş, Əlcəzair, Suriya, İordaniya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən ölkələrə diri heyvan satışını dayandıra bilər.

Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən Teleqraf.com-a daxil olan məlumatda deyilir ki, buna əsas kimi həmin ölkələrdə heyvan hüquqlarının pozulması göstərilir. Şlezviq-Holşteyn Federal Əyalətində müəyyən edilmiş qaydalara görə, heyvanlar daşınarkən maksimum 29 saatdan bir nəqliyyat vasitəsindən endirilməli, gəzintiyə çıxarılmalı, onlara su və yemək verilməlidir. Şlezviq-Holşteyn hökumətinin bildirdiyinə əsasən, adıçəkilən ölkələr aldıqları heyvanlara qarşı bu qaydaları pozur, onların dincəlmək, yemək, su və içmək rejiminə riayət etmirlər.

Məlumatda qeyd olunur ki, son illərdə mal-qaranın daşınması zamanı onların havasızlıqdan boğularaq tələf olma halları da artıb.


Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA