Almaniyadan İŞİD-ə gəlin getdi və... - "Canlı bomba" olmaq istəmədi

Almaniyadan İŞİD-ə gəlin getdi və... - "Canlı bomba" olmaq istəmədi

Almaniyadan İŞİD terror qruplaşmasına qoşulmaq üçün gedən və geri qayıdan Türk qızı saxlanılıb.

Hurriyyet.org aznews.az-a istinadla xəbər verir ki, tanış olduğu bir nəfərin köməyi ilə İŞİD-ə qoşulan Ö.Derya başına gələnləri Alman Bild qəzetinə danışıb.

Derya “Sevgilim məni fahişəliyə məcbur edirdi, ondan bezmişdim. Daha sonra dinimi dəyişib müsəlman oldum və İŞİD üzvü, alman əsilli S.Mario ilə tanış olub evləndim. Almaniyada silahdan istifadəni öyrənmək üçün kursa yazıldım. Daha sonra birlikdə Suriyaya getdik və aramızda problemlər başladı deyə ayrıldıq. Mariodan ayrıldıqdan sonra orda bir rəfiqəm ərinin ikinci arvadı olmağımı mənə təklif etdi, amma qəbul etmədim. İŞİD-ın Belçikalı lideri Abu Salahuddin ilə evləndim, bir müddət sonra o, öldürüldü və mən Marioya geri qayıtdım. Mario mənə canlı bomba olmağımı təklif etdi. Etdiklərimdən peşman oldum və geri qayıtdım” deyib.

Qadın Almaniyada gəzərkən federal prokurorluq işçiləri tərəfindən yaxalanıb. O, İŞİD üzvü olmağa görə ittiham edilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA