Almaniyanı təhqir edən Trampa Merkeldən SƏRT CAVAB

  • 2018-07-11 16:52:13
  • |
  • Dünya /

Almaniyanı təhqir edən Trampa Merkeldən SƏRT CAVAB

Merkel Rusiya məsələsi ilə bağlı ABŞ-ın cavabını verdi: “Almaniya müstəqil ölkədir”

Hurriyyet.org xəbər verir ki, Almaniyanın baş naziri Angela Merkel ABŞ prezidenti Donald Trampın “Almaniya Rusiyanın əsiridir” sözlərinə cavab verib. Merkel Almaniyanın müstəqil ölkə olduğunu bildirib.

Tramp demişdi: “Bu gün Almaniya enerji üçün Rusiyaya böyük həcmdə ödənişlər edir. Bu səbəbdən Almaniya Rusiyanın əsiridir”.

NATO sammiti çərçivəsində işgüzar nahar zamanı NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşən Tramp Almaniyanın müdafiə xərclərinin artırmamasını və Rusiya ilə enerji əməkdaşlığını tənqid edərək deyib: “Deyirlər ki, Avropanı Rusiyadan qorumağımız lazımdır. Bəs onda niyə NATO ölkələri enerji almaq üçün Rusiyaya milyardlarla pul ödəyir?”

“Almaniyanın daxili məsələsidir”

NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldəki sammitin açılışından əvvəl jurnalistlərə açıqlamasında ABŞ prezidenti Donald Trampın Almaniyanın enerji məsələsində Rusiyadan asılı olduğu barəsində deyilənlərə cavab verib. Stoltenberq Şimal Axını boru xətti ilə bağlı deyib: “Almaniyanın daxili məsələsidir. NATO-ya aid deyil”.

Hurriyyet.org

Loading...

QALEREYA