Almaniyanın Yerevandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Almaniyanın Yerevandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın tərəfdarları Almaniyanın Yerevandakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Hurriyyet.org report-a istinadən xəbər verir ki, təşkilatçılar Almaniya səfirinə məktub təqdim ediblər.

Onlar diplomatdan məktubu Almaniya kansleri Angela Merkelə təqdim etməyib xahiş ediblər. Məktubda Robert Koçaryanın həbsinin qanunsuz olduğu vurğulanıb.

Təşkilatçılar sabah-fevralın 1-də yenidən diplomatik korpusun qarşısına toplaşmağa qərar veriblər.

Həmin gün Almaniya kansleri Angela Merkel Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA