Amalya Pənahova ilə bağlı SƏRƏNCAM

Amalya Pənahova ilə bağlı SƏRƏNCAM

Baş nazir Novruz Məmmədov Xalq artisti Amalya Pənahovanın xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilib ki, Azərbaycan teatr və kino sənətinin inkişafındakı xidmətlərinə və uzun müddətli səmərəli yaradıcılıq fəaliyyətinə görə Xalq artisti Amalya Əliş qızı Pənahovanın yaşadığı binaya (Bakı şəhəri, Fikrət Əmirov küçəsi, 1) onun xatirə lövhəsinin vurulması təmin edilsin.

Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.