Şamaxıda övladı olmayan 4 ilin gəlini özünü öldürdü

Şamaxıda övladı olmayan 4 ilin gəlini özünü öldürdü

Şamaxı rayonunda gənc qadın intihar edib.

Hurriyyet.org ONA-ya istinadən xəbər verir ki, hadisə Şamaxı şəhərində qeydə alınıb.

Qobustan rayonunun Təklə kənd sakini, 1990-cı il təvəllüdlü Musayeva Səbinə Bəxtiyar qızı Şamaxı şəhərində yaşadığı evdə kimyəvi dərman içərək özünü zəhərləyib. Qadın təcili olaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, Səbinə Musayeva 4 il öncə Şamaxıya gəlin köçüb. Ötən müddət ərzində onun övladı olmayıb. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA