AMEA-nın sabiq prezidenti Eldar Salayev: Buradan başqa yerə üz tutmamışam...”

  • 2019-04-03 14:01:55
  • |
  • Ölkə /

AMEA-nın sabiq prezidenti Eldar Salayev: “Buradan başqa yerə üz tutmamışam...”

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti akademik, fizika-riyaziyyat elmlər doktoru Eldar Salayev uzun müddətdir ki, mətbuat və aktiv ictimai həyat, elmi proseslərdə görünmür.

Buna səbəb olan əsas faktorlardan biri də təbii ki, qocaman akademikin yaşı və səhhətidir. AzEdu.az bu məqsədlə keçmiş AMEA rəhbərinin səhhəti və hazırki fəaliyyəti ilə maraqlanıb.

Uzun müddət səhhətindən əziyyət çəkən, hətta gözlərindən də əməliyyat olunan Eldar Salayev sayta açıqlamasında bu gün də akademiyaya gedib-gəldiyini, elmi işçi olaraq çalışdığı qurumda fəaliyyətini davam etdirdiyinibildirib:

“Mən hər zaman olduğu kimi, bu gün də AMEA-nın tərkibində olan Fizika İnstitutunda öz işlərimi davam etdirirəm. Bura mənim üçün çox doğmadır. Elə AMEA-da prezident kimi çalışdığım dövrdə də buradan başqa yerə üz tutmamışam. Elmlə məşğul olmaq mənə ruh yüksəkliyi verir”.

Qeyd edək ki, akademik Eldar Salayev 1983-97-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasına rəhbərlik edib. Əməkdarelmxadimi, Dövlətmükafatılaureatıolanakademikin prezidentlik fəaliyyəti dövründə AMEA-da bir sıra yeniliklərə imza atılır.

Birsıraregionlarda – Şamaxı, Naxçıvan, Şəki, Qubadaelmi-tədqiqat institutları yaradılıb.

AMEA-da naşirlik fəaliyyəti aktual məsələlər siyahısına daxil edilib. Bu addım həm akademiya daxilində, həmdə xaricdə elmi məqalə və monoqrafiyaların çapını sürətləndirib.

86 yaşlı akademik hazırda AMEA-nın Fizika İnstitutunun əməkdaşıdır. İslam Akademiyasının üzvüdür.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA