Amerika generalı: “Rusiyanın raketləri 15 dəqiqə ərzində bizi vura bilər, təcili tədbir görülməlidir”

Amerika generalı: “Rusiyanın raketləri 15 dəqiqə ərzində bizi vura bilər, təcili tədbir görülməlidir”

Hurriyyet.org xəbər verir ki, ABŞ-Kanada Şimali Amerika Hava Qüvvələrinin və Şimali Amerika Aerokosmik Müdafiəsi Qüvvələrinin komandanı, dördulduzlu general Terrens Con O'Şonessi ABŞ Senatına xəbərdarlıq edərək deyib: “Təcili şəkildə tədbir görməsək, Rusiya torpaqlarımızın ən dərin nöqtələrini 15 dəqiqə içərisində vura bilər”. O, Rusiyanın Kalibr raketi, Tu-95 Bear (“Ayı”) və Tu-160 Blackjack strateji bombardman təyyarələri, “Severodvinsk” seriyasından olan yeni sualtılar və yerüstü müdafiə raketi K-300 ilə yanaşı, hipersonik “Avanqard” raketlərinin ABŞ üçün təhlükəli olduğu barəsində xəbərdarlıq edib.

Senatın Silahlı Xidmət Komitəsinin üzvlərinə yazılı şəkildə müraciət edən general Rusiyanın son texnoloji nailiyyətləri sayəsində nüvə olmayan raketlərlə də ABŞ-ı tədid edəcək gücə malik olduğunu bildirib.

Müraciətdə deyilir: “Müdafiə qabiliyyətimizi qorumaq istəyiriksə, bu sahəyə sərmayə qoymalıyıq. Mənim fikrimcə, bu məsələ təcili şəkildə müzakirə edilməlidir”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA