“Amerikalı həmkarlarımız artıq “beynəlxalq hüquq” terminindən istifadə etmirlər" - LAVROV

  • 2019-03-13 13:46:56
  • |
  • Dünya /

“Amerikalı həmkarlarımız artıq “beynəlxalq hüquq” terminindən  istifadə etmirlər" - LAVROV

Hurriyyet.org xəbər verir ki, Rusiyanın “Rosneft” şirkətinin rəhbərliyi ABŞ-ın Karakasa qarşı sanksiyalarını pozaraq Venesuelanın PDVSA dövlət neft şirkətindən neft alması ilə bağlı iddiaları rədd edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın “Rostneft”dən Venesueladan neft alınmasını dayandırmasını istəməsinin beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

ABŞ-ım xarici işlər naziri Mayk Pompeo “Rosneft”in baş direktoru İqor Seçini Venesuela prezidenti Nikolas Maduronun “həyatda qalmaasına yardım eləməkdə davam eləməkdə” ittiham edib, Rusiya şirkətinin PDVSA-dan xam neft alaraq, ABŞ-ın sanksiyalarını pozmaqda təqsirli bilib.

“Rosneft” öz açıqlamasında Pompeonun bu sözlərini “əsassız ittihamlar” adlandırıb. Bundan başqa, Venesuealadan neft alınması ilə bağlı müqavilələrin ABŞ-ın bu yeni sanksiyalarından əvvəl imzalandığı üçün heç bir sanksiya pozuntusundan söhbət gedə bilməyəcəyini söyləyib.

“Rosneft” rəhbərliyi şirkətin əməliyyatlarının siyasi yox, ticarət əməliyyatları olduğunu və beynəlxalq hüquq çərçivəsində həyata keçirildiyini bildirib.

“Sputnik”in xəbərinə gorə, rusiyalı həmkarı Sergey Lavrov Pompeonun sözlərinə sərt cavab verib. ABŞ-ın “Rosneft”dən Venesueladan neft alışını dayandırmasını tələb eləməsinin beynəlxalq hüquqa zidd olduğunu söyləyən Lavrov deyib: “Amerikalı həmkarlarımızın “beynəlxalq hüquq” kəlməsindən artıq istifadə eləməməsinin bir səbəbi var. Onlar hər kəsin beynəlxalq hüquqa yox, dünyanın quruluşuna görə davranmasını istəyirlər”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA