Amerikalı jurnalistin sualı cavabsız qaldı: “Cənab Bolton, ABŞ diktatorları dəstəkləyir. Bəs...”

  • 2019-03-04 17:29:36
  • |
  • Dünya /

Amerikalı jurnalistin sualı cavabsız qaldı: “Cənab Bolton, ABŞ diktatorları dəstəkləyir. Bəs...”

Bolton cavab verə bilmədi

Hurriyyet.org xəbər verir ki, Ağ Evin milli təhlükəsizlik müşaviri Con Bolton ABŞ-ın Venesuelada hakimiyyət dəyişikliyinə çalışması fonunda Vaşinqtonun bütün dünyada diktator rejimlərini dəstəklədiyi barəsində suala cavab verməkdən imtina eib.

Bazar günü CNN kanalı ilə müsahibə zamanı aparıcı Ceyk Tepper Boltonun Venesuela prezidenti Nikolas Maduronu “diktator” adlandırmaqla yanaşı, onu dəfələrlə istefaya çağırması məsələsinə toxunub. Jurnalist ABŞ-ın “Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-dəki müttəfiqi olan və insan hüquqlarını pozan diktatorları” dəstəklədiyini xatırladıb. “Bu diktatorları dəstəkləynlərin də əvəz ödəmədən ortalıqda dolaşmasına icazə verilməlidirmi?” – deyən jurnalist soruşub: “ABŞ-ın dünyadakı başqa diktatorları dəstəkləməsi bu (Maduronun əleyhinə olan – red.) dəlilləri puça çıxarmırmı?” Bolton sualın cavabında yalnız bunu deyə bilib: “Yox, mən bunun belə olduğunu düşünmürəm”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA