Amerikalı senator Məhəmməd bin Salmanı “QƏDDAR” adlandırdı

  • 2019-03-07 18:36:08
  • |
  • Dünya /

Amerikalı senator Məhəmməd bin Salmanı “QƏDDAR” adlandırdı

Hurriyyet.org xəbər verir ki, Amerikalı respublikaçı senator Marko Rubio Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı Camal Kaşıkçı cinayətindən yaxa qurtarmağa çalışmaqda və “banda” kim davranmaqda ittiham edib.

Con Abizaidinin ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanın səfiri vəzifəsinə namizədliyinin irəli sürüldüyü Senatın Xarici Əlaqələr Komitəsində keçirilən iclasda Camal Kaşıkçının qətlindən sonra Vaşinqton-Riyad münasibətləri müzakirə edilib.

ABŞ Mərkəzi Qüvvələrinin (CENTCOM) keçmiş komandiri, 67 yaşlı Con Abizaid deyib: “ABŞ-Səudiyyə tərəfdaşlığının bu gün qarşılaşdığı problemlərdən xəbərdaram. Yəməndəki müharibə, Camal Kaşılçının qəddarlıqla qətlə yetirilməsi, Körfəzdəki parçalanma və s... Lakin uzunmüddətli perspektivdə Səudiyyə Ərəbistanı ilə güclü tərəfdaşlığa ehtiyacımız var”.

Rubionun açıqlaması

İclasda Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmana qarşı sərt tənqidlər edən senator Marko Rubio Riyadın Kaşıkçı cinayətindən yaxa qurtarmaq üçün hər yoldan istifadə edildiyini deyib. Rubio Məhəmməd bin Salmanı nəzərdə tutaraq deyib: “O, qəddardır. Bunun bu gənc adama qarşı ədalətsiz bir söz olduğunu düşünənlər onun son iki ildə etdiklərinə baxsınlar. Hadisələr sanki Ceyms Bond filmindən bir parçadır”.

Vəliəhd şahzadəni “tamamilə cinayətkar dəstə kimidir” sözləri ilə təsvir edən Rubio deyib: “O, (Kaşıkçı cinayətindən) necə yaxasını qurtara biləcəyi ilə bağlı limitləri sınaqdan keçirir”.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA