Amerikalılar Müslüm Maqomayevin hitini ayaq üstə alqışladılar - VİDEO

Amerikalılar Müslüm Maqomayevin hitini ayaq üstə alqışladılar - VİDEO

Nyu-York sakinləri azərbaycanlı müğənni, prezident təqaüdçüsü Emin Eminzadənin ifasında səslənən SSRİ xalq artisti, əfsanəvi Müslüm Maqomayevin ölməz "Sinyaya veçnost" ("Mavi əbədiyyət") hitini ayaq üstə alqışlayıblar.
Eminzadənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, onu Nyu-Yorka "Silk Road" musiqi və incəsənət festivalının fəxri qonağı kimi dəvət ediblər. Festivalda həmçinin Rusiya, Gürcüstan, İsrail və digər ölkələrdən olan qonaqlar da iştirak edib. Eminzadə həm özünün, həm də əfsanəvi azərbaycanlı Müslüm Maqomayevin repertuarından olan hitləri ifa edib.
Emin Eminzadə Qazaxıstanda keçirilən "Qızıl mikrofon" müsabiqəsinin qalibidir. İtaliyada keçirilən Elia Catalano və 2012-ci İspaniyada təşkil olunan Opus müsabiqələrində iştirak edib.
O, Bakıda məşhur İtaliya müğənnisi Robertino Loretti ilə eyni səhnəni bölüşərək onunla "Jamayka" və "O Sole Mio" kompozisiyasını duet oxuyub. Dünya şöhrətli ulduz bu ifadan sonra Eminzadəni "Azərbaycanın Robertinosu" adlandırıb.
O, hətta ABŞ-da tələbə mübadiləsi proqramı üzrə təhsil almaq üçün təqaüd qazanmağa müvəffəq olub və Texasda təhsil alıb. Emin Eminzadə daha sonra Amerika Musiqi və Dram Akademiyasına daxil olub və oranı bitirib. Hazırda gənc müğənni Azərbaycanda, Türkiyə və ABŞ-da karyerasını davam etdirir.
Müğənninin adı "Azərbaycanın gənc ifaçılarının qızıl kitabı"na düşüb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA