Amerikalıların Qüdsə daxil olması qadağan edildi

Amerikalıların Qüdsə daxil olması qadağan edildi

Hurriyyet.org xəbər verir ki, ABŞ hökuməti səfirlik işçilərinin və ailələrinin Qüdsün Köhnə şəhər bölgəsi ilə işğal altındakı Qərbi Şeriyaya daxil olmasını qadağan etdiyi bildirilir.

ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması əlaməti olaraq ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürmək planına etriazlarını bildirmək üçün fələstinli qrupların çərşənbə günündən başlayaraq nümayişlər keçirmək çağırışından sonra ABŞ-n Qüdsdəki səfirliyi yazılı açıqlama verib. Açıqlamada deyilir: “Fələstinlilər tərəfindən dekabrın 6-dan başlayaraq, Qüds və Qərbi Şeriyada nümayişlər keçirməklə bağlı çağırışlar səbəbindən ABŞ hökumətinin işçiləri və ailələrinin Qüdsün Köhnə şəhər bölgəsinə və Beytüllahim ilə Eriha şəhərləri də daxil olmaqla, Qərbi Şeriaya şəxsi səyahətləri ikinci açıqlamamıza qədər qadağan edilib. ABŞ hökuməti işçilərinin Qüdsün Köhnə şəhər bölgəsinə və Qərbi Şeriyada keçiriləcək rəsmi görüşlərə ancaq zərurət halında və əlavə təhlükəsizlik tədbirləri görülməsi şərti ilə icazə veriləcək”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Fələstin prezidenti Mahmud Abbas, İsrailin baş naziri Binyamin Netanyahu və İordaniya kralı Abdulla ilə telefonla danışaraq, ABŞ-ın Təl-Əvivdəki səfirliyini Qüdsə köçürmək və Qüdsü İsrailin paytaxtı kimi tanımaq planından danışıb.

Konqresin 1995-ci ildə qəbul elədiyi qanun İsrail işğal elədiyi Qüds şəhərini özünün paytaxtı kimi görsə də, bu, dünya tərəfindən qəbul edilmir. Fələstinlilər 1967-ci ildə İsrailin ələ keçirdiyi Şərqi Qüdsü öz paytaxtları hesab edirlər.

ABŞ səfirliyinin Qüdsə köçürülməsi qərarı 1995-ci ildə Konqres tərəfindən təsdiq edilsə də, indiyə qədər icrası təxirə salınıb. Qanunun altı aylıq təxirə salınması müddəti yaxın günlərdə bitəcək.

Fələstinlilərin lideri Mahmud Abbas ABŞ-ın Qüdsün statusunu dəyişdirməsinin fələstinlilər, ərəblər və beynəlxalq ictimaiyyət tərəfindən qəbuledilməz olduğunu deyib.

Hurriyyet.org

  • Hamısı
  • Loading...

    QALEREYA