AMERİKANIN DƏRİN DÖVLƏTİ İRANA NÜVƏ ZƏRBƏSİ ENDİRMƏK QƏRARINA GƏLİB: Yaxın Şərqdə böyük savaş gözlənilir – Araşdırma

AMERİKANIN DƏRİN DÖVLƏTİ İRANA NÜVƏ ZƏRBƏSİ ENDİRMƏK QƏRARINA GƏLİB: Yaxın Şərqdə böyük savaş gözlənilir – Araşdırma

Andrey Polunin

Svpressa.ru, 19.09.2019

Səudiyyə Ərəbistanının neft obyektlrəinə hücumdan sonra ABŞ öz qoşunlarını döyüş hazırlığına gətirib. Bunu vitse-prezident Mayk Pens bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp baş verənlərə cavabla bağlı mövqeyini ən yaxın günlərdə müəyyən etməlidir.

Pens Vaşinqtonda “Heritage Foundation”də çıxış edərək əmin edib: “İran prezident Trampı sıxaraq onu geri çəkilmək üçün bu hücumu edibsə, onda uğursuzluğa düçar olacaq. Amerika öz maraqlarını qorumağa hazırdır”.

Yada salaq ki, dronların sentyabrın 14-də “Saudi Aramco” dövlət şirkətinin NEZ-lərinə hücumunu Yəmənin üsyançı husiləri öz üzərlərinə götürüblər. Amma ABŞ lap əvvəldən bildirib ki, hadisənin arxasında Tehran durur.

Pens əlavə edib ki, pilotsuzların hücumunun miqyas və dəqiqliyi güman etməyə imkan verir ki, bu, Yəmən tərəfdən deyil, şimali-qərbdən həyata keçirilib.

CNN telekanalı öz tərəfindən Ağ Evdəki qaynağa istinadən xəbər verib ki, hücumlar İranın güney hissəsindən aparılıb. Guya araşdırma göstərib ki, təkcə dronlar deyil, həm də qanadlı raketlər buraxılıb. Pilotsuzlar İranın İraq sərhədi yanındakı bazasından uçub, raketlər isə hədəfə çatmazdan qabaq İraq üzərindən alçaqdan uçub.

Tramp əvvəllər xəbərdarlıq edib: kim hücum etsə, Vaşinqton ona qarşı hücum etməyə hazırdır. O bununla yanaşı, ər-Riyadı hücumu kimin həyata keçirdiyini sərbəst göstərməyə və necə hərəkət etməli olduğunu ABŞ-a bildirməyə çağırıb.

İslam İnqilabı Keşikçiləri Korpusu hava-kosmik güclərinin komandanı Əmirəli Hacızadə cavabında bildirib ki, ABŞ tərəfdən hərbi əməlıiyyat halında İran silahlı gücləri ABŞ-ın Fars körfəzindəki hərbi baza və aviadaşıyıcılarını vuracaq. Üstəlik deyib ki, İran “tamdəyərli savaşa” hazırdır.

Defense News həftəliyinin (onun auditoriyası yüksəkməqamlı hərbçilər və hökumət məmurlarıdır) ekspertlərinin  hesab etdikləri kimi, Tehran, doğrudan da, silahlı münaqişədə iştiraka görə Vaşinqtona yüksək ödəniş etdirməyə qabildir.

İran HHM qoşunlarının zenit raketi sistemlərinin ilk eşelonu və kompleksləri ABŞ HHQ pilotları üçün ciddi təhlükə ifadə edəcək. İranın ballistik və qanadlı raketlərinin çoxsaylı cəbbəxanası isə ABŞ SQ Mərkəzi Komandanlığının praktik olaraq bütün zonadaki hərbi obyektlərini təhlükə altında qoyur.

“Defense News” qeyd edir ki, İran raketlərin geniş spektrini yaradıb – atəş uzaqlığı 300 km-ədək ballistik “Şahab-1”dən 2500 km uzaqlıq üçün qanadlı “Sumar”a qədər. Bu bildirir ki, İran “malları” Fars körfəzi, İsrail, Misir, Əfqanıstanda istənilən nöqtədəki hədəfi vura bilər.

“Defense News”uin analitikləri hesab edirlər ki, ABŞ HHQ və HDQ belə bir bölgüdə birinci növbədə İranın cənub sahili boyu yerləşmiş  raket qoşunlarının start mövqelərinə bir nöqtəyə cəmlənmiş raket-aviasiya zərbəsi endirməlidir. Bu, Tehranın Amerika qoşunlarına qarşı yönəlmiş cavab hərəkətinin qabağını alar.

Həm də praktikanın göstərdiyi kimi, amerikalılar ocaqdakı şabalıdı başqasının əliylə götürməyə üstünlük verirlər. “Agence France Presse” sentyabrın 17-də məlumat verib ki, ABŞ sıradakı həftədə BMT Baş Assambleyasında sübutlar təqdim etmək niyyətindədir ki, hücumlar İran ərazisindən həyata keçirilib. Bu, ər-Riyad başda olmaqla ərəb ölkələrinin Amerikanın dəstəyi ilə İranla əlbəyaxa olacaq koalisiyada təcili toplanması üçün siqnal rolunu oynaya bilər.

Bu bildirirmi ki, İrana zərbə qaçılmazdır, Rusiya belə bir durumda özünü necə aparmalıdır?

-Gələcəyi öncədən duymaq üçün tarixə boylanmaq gərəkdir: həm Birinci, həm də İkinci dünya savaşı təxribatdan başlanıb, – Geopolitik Problemlər Akademiyasının akademiki, RF Müdafiə Nazirliyi Beynəlxalq hərbi əməkdaşlıq Baş İdarəsinin keçmiş rəisi, general-polkovnik Leonid İvaşov deyir. – Budur, indi də görürük ki, İrana münasibətdə təxribat təxribat dalınca gəlir. Mənim fikrimcə, bu, bir şeydən danışır: Böyük Yaxın Şərqdə böyük savaş gözləmək gərəkdir. Bundan başqa aydındır ki, bu gün İran – hamıdan daha çox – durumu kəskinləşdirmək istəmir. Ona lazımdır ki, sanksiyalar götürülsün və dünyanın bütün ölkələri ilə İranın karbohiodrogen ticarəti davam etsin. Axı Yaxın Şərqdə nə baş verir? Rusiya Suriya münaqişəsinə qarışanda təkcə, ABŞ-ın süni yaratdığı terrorçu güclərin konqlomeratını əzmədi, həm də bütün müsəlman dünyasında geopolitik durumu dəyişdirdi. Moskva şiələri və sünniləri Suriyada durumu tənzimləmək üzrə eyni masanın arxasına oturtdu.

Ştatlar və İsrail indiyədək Yaxın Şərqdə işləri elə aparıb ki, ora daim qaynasın – bu, neft qiymətlərini tənzimləmək imkanı verir. Lakin indi bu konstruksiya dağılır və yeni Orta Dünyanın – Amerika və Çinin arasında yerləşən dünyanın başlanğıcı meydana çıxır.

Həm Təl-Əviv, həm də Amerikadakı İsrailyönlü radikal başçılar – hər şeydən qabaq, maliyyə başçıları –bu prosesi dayandırmaq istərdilər. Çünki söhbət, sadəcə, sünni və şiələri barışdırmaqdan deyil, həm də perspektivdə ərəb Şərqini, sonra isə bütün islam dünyasını da birləşdirməkdən gedir.

Xatırladım ki, Amerika politoloqu Semuel Hantinqton hələ 1990-cı illərin başlanğıcında özünün “Sivilizasiyaların toqquşması” əsərində belə bir ssenari təsvir edib. O habelə göstərib ki, islam Qərbi laxlatmaq və sonra da aşırtmağa qabil əsas gücdür.

Buna görə də, Qərbin baxışınca, bu gün Moskva-Ankara-Tehran üçbucağını dağıtmaq gərəkdir. Burada da ən zəif bənd məhz Tehrandır.

–Niyə belə hesab edirsiniz?

-Türkiyə NATO üzrə öhdəliklərə bağlıdır, alyans da onu qorumağa borcludur. Belə çıxır ki, Ankaranın vaxtı hələ çatmayıb, amerikalıların Ərdoğana qarşı təşkil etməyə çalışdıqları dövlət çevrilişi isə boğulub. Rusiyaya da ilişmək təhlükəlidir: hər halda nüvə dövlətidir, həm də adi silahlardakı uğursuzluğu aradan qaldırmağa başlayır.

Amma, bax, İranı dağıtmaq və Böyük Yaxın Şərqdə savaş törətmək Amerikanın həm maliyyə, həm də neft başçılarına çox əlverişlidir. Üstəgəl, əlbəttə, İsrailə də əlverişlidir. Mənim fikrimcə, bu bölgədə İrana qarşı taktiki nüvə silahı işlədilə bilər – İsrailin buna son dərəcə marağı var.

Başqa məsələdir ki, Tramp savaşı birinci başlamaq istəmir – bu xüsusən də prezident kampaniyasının astanasında ona gərək deyil. Çünki münaqişə halında Amerikaya qatar-qatar tabutlar gedər və bu, Trampa dividend gətirməz. Üstəgəl, istisna etmirəm ki, ABŞ ərazisində meşələr kütləvi şəkildə od tutar.

Buna görə də bu gün durum belə görünür: kölgə çevrələrdə İranla savaş qərarı alınıb və çox ehtimal ki, taktiki nüvə silahı işlətmək haqda qərar qəbul olunub. Amma sual durur – buraxılış düyməsini birinci kim sıxacaq? Bu gün səudiyyəlilər onları savaş törətməyə vadar edərək buna itələyirlər. Sonra isə eskalasiya yolu ilə başqa ölkələr bu savaşa çəkiləcək.

-Bu, Rusiya üçün nə deməkidir?

-Belə savaş Rusiyaya əlverişli deyil – Moskva dost Yaxın Şərqə malik olmaq istəyir və bütünlükdə islam dünyasının simasında etibarlı müttəfiqi ola bilər.

-İran ABŞ-la savaşda effektli dirənə bilər?

-Amerikanın bütün aviasiya gücü İrana qarşı işlənsə, İrana böyük ziyan vurulacaq. Amma Tehranı enmək – sındırmaq və ağ bayraq asmağa vadar etmək – ameriaklılara nəsib olmayacaq. Bu hücum təkcə İran xalqını deyil, həm də İsrailə qarşı çıxan radikal islamçı gücləri birləşdirəcək. Nəticədə Amerika və İsrail bütün planetdə müqavimət əldə edəcək. Mən hətta bilmirəm, bu halda avropalılardan kim ABŞ tərəfdən münaqişəyə girişər.

-Toqquşmaya gedib çıxsa, İrana hərbi-texniki yardım göstərə bilərik?

Biz, sadəcə, Amerikanın bütün sanksiyalarına tüpürüb bunu etməyə borcluyuq. İki müstəqil dövlət kimi bizim İranla işləməyimiz lazımdır. Hələ Yalta konfransında SSRİ-ni (Rusiya isə onun hüquqi varisidir) BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri kimi başqa ölkələrin təhlükəsizliyinə sorumlu olmağa müvəkkil ediblər. Biz məhz bunu edərək İranı dəstəkləməliyik.

-Səudiyyənin NEZ-lərinə hücum ABŞ üçün ciddi çağırışdır və amerikalılar, sadəcə, buna reaksiya verməyə borcludurlar, – Rusiya Strateji Araşdırmalar İnstitutunun (RSAİ) eksperti Sergey Yermakov hesab edir. – Söhbət bundan gedir ki, Vaşinqton öz mütətfilqərinə verdiyi təhlükəsizlik zəmanətini yerinə yetirməyə nə qədər qabildir və bu, indiki durumda birinci əsas amildir.

İkinci amil – Amerikada faktiki olaraq seçkiqabağı  prezident kampaniyası başlanır. Bu da Ağ Evin qəbul etdiyi qərara güclü təsir edir. Amerikanın Tehranla qarşıdurmada nə qədər uzağa getməyə hazır olduğunu məhz bu iki amil müəyyən edir. Düşünürəm, Vaşinqtonda şansları ciddi ölçüb biçəcəklər, çünki amerikalıları yalnız qısamüddətli, uğurlu hərbi kampaniya qane edir.

-Düşnürsünüz ki, Tehranla belə bir kampaniya mümkündür?

-Düşünmürəm ki, amerikalılar toqquşmaya gedərlər. Anlamaq gərəkdir: ABŞ müdafiə üzrə həm özünün, həm İranın imkanlarını rasional dəyərləndirir. Hazırda heç bir əlamət yoxdur ki, ABŞ genişmiqyaslı hərbi kampaniya başlamağa gerçəkdən hazırdır.

Əslində, Vaşinqton tərəfdən ancaq ritorikanın gücləndiyini müşhidə edirik. Qeyd edim ki, ehtirasları qızışdırmaq Donald Tramp administrasiyasının xarakterik siyasi fəndidir. Bu onun üçün edilir ki, sonradan hansısa güzəştlər qazanılsın, ya da ABŞ-ın müttəfiqləri İrana münasibətdə daha sərt və vahid mövqe tutmağa vadar edilsin. Sonra isə bunu Amerika liderinin növbəti böyük qələbəsi kimi elan etmək olar. Hesab edirəm ki, Trampa yeni prezident seçkiləri ərəfəsində dünya arenasında uğur sərgiləmək gərəkdir. Amerikanın öz maraqlarını qoruduğunu göstərmək gərəkdir – xüsusən də İranla bağlı halda təhlükəsizlik maraqları birbaşa iqtisadi maraqlara bağlıdır.

Mənim  fikrimcə, ABŞ-ın indiki fəaliyyətinin yekunu İrana basqını gücləndirmək olacaq: bu bənddə Amerikanın ekspert cəmiyyətində konsensus müşahidə olunur. Trampın çevrəsi hesab edir ki, Tehrana qarşı təkcə bütün yönlərdə basqı göstərmək deyil, Qərbdə vahid rəy formalaşdırmaq və İranı beynəlxalq dəstəkdən tam ayrı salmaq gərəkdir.

Tərcümə Strateq.az-ındır.