Ana və 5 yaşlı qızının öldüyü dəhşətli qəzanın VİDEOSU

Ana və 5 yaşlı qızının öldüyü dəhşətli qəzanın VİDEOSU

Xəbər verdiyimiz kimi, martın 3-də Ucar rayonu ərazisində ağır yol qəzası baş verib.

Hurriyyet.org xəbər verir ki, "Qafqazinfo” ana və qızının ölümü ilə nəticələnən qəza anının görüntülərini əldə edib.

Videodan da görünür ki, yolu keçməyə çalışan piyadalar - 1988-ci il təvəllüdlü Turbənd İsgəndərova və qızı 2014-cü il təvəllüdlü Ayşən İsgəndərli sürücü Rəşad Cavadov tərəfindən vurulublar və hadisə yerində keçiniblər.

Bakı-Qazax avtomobil yolunda baş verən qəzaya görə "Hyundai Accent”in sürücüsü Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilərək barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA