Ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi - BAKIDA

Ana və iki azyaşlı övladı dəm qazından zəhərləndi - BAKIDA

Bakıda ana və iki azyaşlı övladı dəm qazından zəhərlənib.

Hurriyyet.org Ona-ya istinadən xəbər verir ki, hadisə Binəqədi şosesi döngə 7 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan ana və iki uşaq gecə saat 1 radələrində dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə çatdırılıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, göstərilən yardımdan sonra onların vəziyyətləri stabilləşib. Ananın 28, övladlarının 4 və 6 yaşı var.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA