Angela Merkel: ABŞ-ın iştirakı olmadan...

Angela Merkel: ABŞ-ın iştirakı olmadan...

Berlin beynəlxalq münaqişələrin Çin, Aİ ölkələri və ABŞ-la birlikdə həlli praktikasında islahatlar aparılmasının tərəfdarıdır.

Bu barədə AFR-in federal kansleri Angela Merkel bəyan edib. Onun sözlərinə görə, İkinci Dünya müharibəsindən təxminən 75 il keçdikdən sonra siyasətçilər yenə də yolayırıcında qalıblar. Aİ ölkələrində bir çoxları multilateral sistemin bundan sonrakı inkişafı üçün çıxış edirlər. "Son 10-15 ilin hadisələri multilateral sistemin "daşlaşaraq" tamamilə qeyri-elastik olmasına dəlalət edirmi? Yəni bu, günlərin bir günü onun qarşısına qoyulan tarixi planda məsələni həll edə bilməyəcəyi deməkdirmi?", - deyə kansler ritorik sual verib.

"Biz öz məqsədlərimizə yalnız o halda nail ola bilərik ki, siyasətçilər rəqabətə birinin udması və digərlərinin hamısının məğlub olması kimi yanaşmağa son qoysunlar", - deyən kansler ABŞ Prezidenti Donald Trampın adını çəkməsə də, çox güman ki, ona işarə vururdu. Lakin kansler "Amerika Birləşmiş Ştatları olmadan multilaterizmin mümkün olmadığını" vurğulayaraq, bu məsələdə məhz ABŞ-ın xüsusi rol oynadığını izah edib.

Merkelin sözlərinə görə, "gündəlik etimada əsaslanmalı" və elə ab-hava yaradılmalıdır ki, hər kəs digərlərinin maraqlarını da nəzərə alsın. \\AZERTAC

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA